7 mart 2012 19:35
Starkov: Biz sürətdə Neftçiyə uduzurduq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın təxirə salınmış 19-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Təəssüf ki, erkən qol buraxdıq. İkinci qol əks hücumdan, üçüncü top isə standart vəziyyətdən qapımıza vuruldu. Sürətdə "Neftçi"yə uduzurduq. Yenə də komandam ikinci hissədə özünü toparlaya bildi və hətta bir qol da vurmağa nail olduq. Məğlubiyyətə erkən qol səbəb oldu. Komandanın heyətində olan yerli futbolçular da yaxşı təsir bağışladılar. Yeni gələn legionerlərə isə bir qədər vaxt lazımdı”.
