7 mart 2012 19:38
“İnterə qarşı oynamaq çətindi”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın təxirə salınmış 19-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu. Yüksək tempdə keçən bir qarşılaşma izlədik. “İnter”in əsasən cinahlardan hücum etdiyini və diaqonal ötürmələrdən istifadə etdiyini bilirdik. Bunun qarşısını almağa çalışdıq. Təəssüf ki, adi epizodda qapımızda qol gördük. Oyunda sürəti artırsaq da, bərabərlik qolunu vura bilmədik. “İnter” kimi komandaya qarşı oynamaq çətindi”.
