7 mart 2012 19:40

Azərbaycan yığması FİFA reytinqində 7 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 7 pillə geriləyib.
 
Belə ki, fevralda 109-cu olan yığmamız bu dəfə 116-cı pilləni tutub. Komandamızın aktivində 285 xal var.
 
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer almış rəqiblərdən Rusiya 1 pillə irəliləyərək 12-ci (1003 xal), Lüksemburq 6 pillə irəliləyərək 127-ci olub (264 xal). Portuqaliya (7-ci yer, 1106 xal) və Şimali İrlandiya 1 (87-ci yer, 400 xal), İsrail isə 3 (38-ci yer, 651 xal) pillə geriləyib.
 
Qardaş Türkiyə yığması millimiz kimi 7 pillə geriləyib və 32-ci olub (747 xal). Düşmən Ermənistan yığması isə 3 pillə geriləyib – 44-cü yer, 601 xal.
 
Reytinq cədvəlinə həmişəki kimi 1379 xalla İspaniya başçılıq edir. Fevralın 29-da İngiltərəni udan Hollandiya 1 pillə irəliləyərək 2-ci olub – 1332 xal. Fransaya uduzan Almaniya isə 1 pillə geriləyərək 3-cü pilləyə düşüb – 1289 xal. İlk 10-luqda həmçinin Uruqvay (1289 xal), Braziliya (1157 xal), İngiltərə (1121 xal), Portuqaliya (1106 xal), Argentina (1102 xal), İtaliya (1062 xal) və Xorvatiya (1049 xal) qərarlaşıb.
 
Növbəti reytinq cədvəli aprelin 11-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.