7 mart 2012 19:51

UEFA Azərbaycan klublarının işini çətinləşdirir

Futbolda maliyyə məsələlərinin şəffaflığının təmin edilməsi məqsədilə UEFA müxtəlif yeniliklərin tətbiqinə başlayır. Azerisport.az xəbər verir ki, bununla bağlı AFFA-nın baş katibi, Lisenziyalaşdırma layihəsinin rəhbəri Elxan Məmmədov fikirlərini bildirib:
 
“UEFA Avropa futbolunda, UEFA klub yarışlarında iştirak etmək istəyən klubların maliyyə şəffaflığını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 2012-2013-cü il mövsümündən başlayaraq UEFA Lisenziyalaşdırma prosesində “Financial Fair Play” layihəsinə start verilib. Bununla əlaqədar UEFA tərəfindən yaradılan Klub Monitorinq Nəzarət qurumu yeni İT proqramın tətbiqinə başlayır. Belə ki, bu il iyulun 1-dən etibarən tətbiq olunacaq proqrama uyğun olaraq, UEFA-nın üzvü olan milli assosiasiyalarda fəaliyyət göstərən və UEFA klub yarışlarında iştirak etmək istəyən klubların bir nümayəndəsi ilə məsul şəxs kimi UEFA tərəfindən müqavilə bağlanacaq. Həmin şəxs UEFA tərəfindən təqdim olunmuş elektron ünvanda təmsil etdiyi klubun maliyyə hesabatlarını müvafiq qaydada doldurmalı və dəqiq göstərməlidir. UEFA-nın Klub Monitorinq Nəzarət qurumu transferlər, vergilər, sosial sığorta, əmək haqlarının ödənilməsi – bir sözlə, klubların maliyyə şəffaflığı ilə bağlı bütün məsələləri nəzarətdə saxlayacaq. UEFA-nın irəli sürdüyü maliyyə şərtləri yerinə yetirilmədiyi təqdirdə, klublara ciddi sanksiyalar tətbiq olunacaq. Bunların sırasına UEFA yarışlarından 3 illik müddətə məhrumetmə, böyük məbləğdə cərimələr, UEFA tərəfindən verilən qrantların geri alınması və s. daxildir.
 
2012-2013-cü il mövsümündən Lisenziyalaşdırma prosesində “Financial Fair Play” və İT proqramının tətbiqi ilə əlaqədar, AFFA bayrağı altında və UEFA klub yarışlarında iştirak etmək istəyən klublar bu məsələyə artıq dərəcədə ciddi yanaşmalı, maliyyə şəffaflığını təmin etməli, transferlər, vergilər, sosial sığorta, əmək haqlarının ödənilməsində borcların yaranmasına yol verməməlidirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.