7 mart 2012 20:02
AFFA-ya prezident seçkisinin vaxtı dəqiqləşdi
AFFA-nın hesabat-seçki konfransının keçiriləcəyi tarix dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, hesabat-seçki konfransı 2012-ci il martın 9-da keçiriləcək. AFFA-nın inzibati binasında baş tutacaq konfrans saat 10:00-da start götürəcək.
