7 mart 2012 20:18
Premyer Liqanın 23-cü turunda kimlər qarşılaşacaq?
Premyer Liqanın final mərhələsinin ilk turunun oyunları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün təsnifat mərhələsinə yekun vurulandan sonra 23-cü turda üzləşəcək cütlüklərə aydınlıq gəlib.
Final mərhələsinə lider kimi başlayan “Neftçi” “Qəbələ”nin qonağı olacaq. İkinci pillədə qərarlaşan “İnter” “Bakı” ilə səfər oyununu yollanacaq. “Qarabağ” isə “Xəzər Lənkəran”ı qəbul edəcək.
İkinci “altılıq”da isə “Turan” AZAL-ı, “Rəvan” “Sumqayıt”ı, “Simurq” “Kəpəz”i qəbul edəcək.
Premyer Liqa
Final Mərhələsi
23-cü tur
10 fevral
Qəbələ – Neftçi
Bakı – İnter
Qarabağ – Xəzər Lənkəran
11 fevral
Turan – AZAL
Rəvan – Sumqayıt
Simurq – Kəpəz
