7 mart 2012 20:26
Böyük oyunların vaxtı müəyyənləşdi
Premyer Liqanın final mərhələsində “Neftçi” və “Xəzər Lənkəran” arasında baş tutacaq oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Böyük oyunlar”dan biri martda, digəri apreldə baş tutacaq.
Əzəli rəqiblər ilk olaraq 25-ci tur çərçivəsində “Bakı”da qarşılaşacaq. Oyun martın 24-də baş tutacaq. Növbəti oyun isə 29-cu turda Lənkəranda keçiriləcək. Bu qarşılaşma aprelin 21-də oynanılacaq.
