7 mart 2012 20:53
Yığmamız Türkiyə millisi ilə qarşılaşmaq üçün İstanbula gedir
Futzal üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 15-də və 16-da iki qardaş ölkənin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Buna qədər isə Bakı şəhərində martın 9-dan 13-ə qədər millimizin təlim-məşq toplanışı təşkil olunacaq.
