8 mart 2012 00:14
Təsnifat mərhələsinə vida, altılığa salam!
Premyer Liqada təsnifat mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, ötən gün 19-cu turdan təxirə salınan oyunlar da baş tutdu ki, bununla da çempionatımızın ilkin mərhələsi tam bitdi.
“Altılıq” iddiasını itirən AZAL acığını “Sumqayıt”dan çıxdı. Şüvəlandakı stadionda keçirilən oyunda azarkeşlər qol yağışına şahidlik etdilər – 6:3. AZAL-ın heyətində Tales Şütz və Zohair Benuahi dubla imza atmaqla yadda qaldı. Düzdü, “Sumqayıt” da bu görüşdə 3 qol vurmaqla, bu bacarığının olduğunu nümayiş etdirdi. Lakin komandanın müdafiə xəttinin bu qədər zəif olması məşqçilər korpusunu qayğılandırmaya bilməz. Baxmayaraq ki, bunda komandanın kapitanı Samir Abasovun yoxluğunun da az təsiri olmadı. Hər halda sumqayıtlılar bu yenilgidən sonra final mərhələsinə 11-ci pillədə başlamaq məcburiyyətində qaldı. AZAL isə ikinci altılığın vahid lideridi və bu mövqeyini sona kimi əlində saxlamaq iddiasındadı.
Artıq ilk altılığa vəsiqə qazanan “Qəbələ” Gəncədə xal itirdi. Ötən tur “Simurq”a qalib gələn “Kəpəz” bu dəfə də “Qəbələ”yə qənim kəsildi. Düzdü, hesabı 32-ci dəqiqədə Lyuba Baraninin qolu sayəsində qonaqlar açdılar. Lakin 37-ci dəqiqədə qəbələlilərin yamaykalı oyunçusu Deon Barton hakimi təhqir etdiyinə görə meydandan qovuldu. “Kəpəz”in hücumları isə 72-ci dəqiqədə öz bəhrəsini verdi. Öncə Sabir Allahquliyev tarazlığı bərpa edib. 75-ci dəqiqədə Yuri Fomenko hesabı komandasının xeyrinə dəyişdi. Əsas vaxtın 85-ci dəqiqədə Yannik Kamanan tarazlığı bərpa etsə də, iki dəqiqə sonra Junivan Suares yenidən “Kəpəz”i önə çıxarmağı bacardı. Beləcə, “Qəbələ” “Bakı”nı qabaqlamaq şansını qaçırdı. Halbuki, ən azı heç-heçəyə nail olsaydı, bu komanda final mərhələsinə 5-ci pillədən başlamalı olacaqdı. Gəncəlilər isə artıq turnir cədvəlindəki vəziyyətlərini getdikcə yaxşılaşdırmaqdadılar.
“Xəzər Lənkəran” Tovuza səfər etmişdi. “Turan”ın qonağı olan Lənkəran klubu erkən qolla üç xalı bayram etdi. Özü də “Xəzər Lənkəran”a qələbə gətirən qola 3-cü dəqiqədə rəqib futbolçu öz qapısından keçirdi. Beləcə, Cüneyt Biçərin rəhbərlik etdiyi komanda da zəfəri minimal hesablı qələbə ilə əldə etdi. Maraqlıdı ki, heç də yaxşı günlərini yaşamayan Tovuz təmsilçisi son oyunlarında elə bir qayda olaraq 1 cavabsız qolla uduzub. Özü də “Neftçi”, “Xəzər Lənkəran” kimi iddialı klubların bu rəqibini çətinliklə yenməsi diqqət çəkməyə bilməz.
“Qarabağ” Quzanlıda “Simurq”u qəbul etdi. Sergey Yuranın istefasından sonra müvəqqəti olaraq komandaya rəhbərlik edən İqor Getmanın uğurlu nəticə qazanmaq istəyi baş tumadı. Hesabı Rəşad Sadıqov açdısa, Vüqar Nadirov da matçın yekun nəticəsini müəyyənləşdirdi. Beləcə, Ağdam klubu qış fasiləsindən sonra yüz faizli nəticə göstərməkdə davam edir. Maraqlıdı ki, “Qarabağ” artıq 8 oyundu qapısında qol da görmür.
Turun mərkəzi oyunu “Bakı”nın təlim-məşq bazasında keçirilən paytaxt derbisi oldu. Son iki oyunu qalmaqalla yadda qalan “Bakı” və “Neftçi”nin duelinə maraq böyük idi. “Neftçi” baş məşqçisi Böyükağa Hacıyevin sabiq komandasına qarşı oyuna iddialı başladı və erkən qola sevindi. İlk yarının tamamına kimi daha iki qol vuran “ağ-qaralar” hesabı darmadağın həddinə çatdırıblar. Bundan sonra “Neftçi” dəfələrlə qola yaxın olsa da, fərqi artıra bilmədi. Əvəzində son dəqiqələrdə Nurlan Novruzov “Bakı”nın təsəlli qoluna imza atdı. Lakin bu, “Neftçi”nin zirvədəki mövqeyini daha da gücləndirməsinə mane olmadı.
Turun son oyunu “İnter”lə “Rəvan” arasında keçirildi. Ötən tur məğlub olan “İnter”in bu oyunda xal itirməsi inandırıcı görünmürdü. “Sarı-qırmızılar” isə “Qəbələ”dən 4 qol buraxdığına görə, heç də yaxşı durumda deyildi. Gözlənildiyi kimi, “bankirlər” bu görüşü qalib başa vurdular. Meydan sahiblərin İbrahima Niassenin vurduğu yeganə qolla qələbəni bayram etdilər. Baxmayaraq ki, ikinci pillədə gedən “İnter”dən daha inamlı qələbə gözləmək də olardı.
Premyer Liqa
Təsnifat Mərhələsi
19-cu tur
7 mart
AZAL – Sumqayıt - 6:3
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Robert Petrov, 3. Usim Nduka (15. Georgi Boqyu, 74), 6. Mindauqas Daunoraviçyus, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 62), 11. Zohair Benuahi, 16. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 19. Hüseyn Axundov (14. Orxan Səfiyaroğlu, 61), 23. Tales Şütz, 25. Tural Nərimanov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Elşən Məmmədov, 13. Şəhriyar Rəhimov, 22. Elgün Abbaslı.
Baş məşqçi: Rafiq Mirzəyev.
Sumqayıt: 12. Sahil Kərimov, 15. Tərlan Quliyev, 16. Hacı Əhmədov, 20. Timur İsrafilov (95. Ruslan Nəsirli, 69), 52. Bədavi Hüseynov, 10. Eşqin Quliyev (k), 25. Uğur Pamuk, 19. Orxan Əliyev (7. Mahmud Qurbanov, 57), 21. Murad Səttarlı (8. Emin Mustafayev, 46), 91. Ruslan Qurbanov, 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 55. Andrey Popoviç, 90. Yasin Abbasov, 50. Samir Abdulov, 9. Orxan Həsənov.
Baş məşqçi: Bernard Raab.
Qollar: Tales Şütz, 31; 70. Zohair Benuahi, 34; 53. Branislav Arseniyeviç, 55. Tərlan Xəlilov, 72 – Orxan Əliyev, 54. Uğur Pamuk, 76. Emin Mustafayev, 77-pen.
Vərəqələr: Branislav Arseniyeviç, 13 (hakimin qərarına etiraz). Tural Nərimanov, 18 (qeyri-idman hərəkəti). Mindauqas Daunoraviçyus, 77 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 87 (qeyri-idman hərəkəti) – Orxan Həsənov (Oyun başlamazdan əvvəl “qeyri-idman hərəkəti” etdiyinə görə). Murad Səttarlı, 27 (qeyri-idman hərəkəti). Eşqin Quliyev, 36 (qeyri-idman hərəkəti). Tərlan Quliyev, 84 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Yaşar Abbasov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena. 300 tamaşaçı.
Turan – Xəzər Lənkəran - 0:1
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev (27. Orxan İsmayılov, 74), 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev, 9. Xəyal Qarayev (10. Nadir Nəbiyev, 46), 14. Aleksandr Qoqoberişvili, 22. Cavad Mirzəyev, 24. Dan Pisla, 25. Muammer Erdoğdu, 33. Rəşid Həsənov (8. Asəf Qədiri, 28).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 20. Azər Məmmədov, 29. Seidu Salifu, 32. Cavid Tağıyev.
Baş məşqçi: Əsgər Abdullayev.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 9. Branimir Subaşiç (16. Adrian Pit, 53), 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (10. Elnur Abdullayev, 56), 21. Rodomir Todorov, 23. Şəhriyar Xəlilov (12. Ballo Salif, 90+3), 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 17. Zahid Quliyev, 18. Alim Qurbanov, 22. Antonio Semedo.
Baş məşqçi: Cüneyt Biçər.
Qol: Ayxan Abbasov, 3-öz qapısına.
Vərəqələr: Seymur Tağıyev, 7 (qeyri-idman hərəkəti). Cavad Mirzəyev, 90+2 (hakimə etiraz) – Kamal Bayramov, 68 (vaxtı uzatdığına görə) - sarı.
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Kərim Ağayev.
Tovuz. Şəhər stadionu. 4500 tamaşaçı.
Kəpəz – Qəbələ - 3:2
Kəpəz: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev (19. Zaur Əsədov, 73), 2. Nail Məmmədov (23. Junivan Suares, 62), 8. Armand Feutçine (14. Dmitri Parxaçov, 82), 11. Sabir Allahquliyev, 18. Nikolay Svejentsev, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 17. Renat Sultanov, 9. Ceyhun Əhmədov, 3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov.
Qəbələ: 30. Qrem Smit, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva (21. Elmar Baxşiyev, 69), 10. Deon Barton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov (15. Nodar Məmmədov, 90), 20. Stiv Olfers, 24. Tərzin Cahangirov, 26. Daniel Lopez Kruz, 34. Ürfan Abbasov, 77. Dodo (17. Arif İsayev, 83).
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 22. Murad Hüseynov, 25. Nuran Qurbanov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
Qollar: Sabir Allahquliyev, 72. Yuri Fomenko, 75. Junivan Suares, 87 – Lyuba Baranin, 32. Yannik Kamanan, 85.
Vərəqələr: Sabir Allahquliyev, 39 (fitdən sonra topa zərbə) – Deon Barton, 35 (hakimin qərarına etiraz). Stiv Olfers, 56 (qeyri-idman hərəkəti) - sarı. Deon Barton, 37 (hakimi təhqir etdiyinə görə) - qırmızı.
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu. 2000 tamaşaçı.
Qarabağ – Simurq - 2:0
Qarabağ: 99. Boyan Pavloviç, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 70), 18. İlqar Qurbanov, 19. Muarem Muarem (20. Nderim Nedzipi, 78), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (2. Qara Qarayev, 76).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 32. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov (k), 7. Ruslan Poladov, 21. Emin Cəfərquliyev, 28. Rüstəm Abbasov, 4. Vasili Yanotovski, 29. İqor Tarasov, 77. Daniel Genov (10. Tofiq Mikayılov, 65), 8. Qərib İbrahimov, 14. Andrey Rubin (15. Nicat Qurbanov, 50), 19. Anatoli Doroş (23. Ruhid Usubov, 80).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 6. Mikayıl Rəhimov, 5. Rəşad Eyubov.
Məşqçi: İqor Getman.
Qollar: Rəşad Sadıqov, 23. Vüqar Nadirov, 51.
Vərəqələr: Rauf Əliyev, 65 (sistematik qayda pozuntusu) – Rüstəm Abbasov, 35 (qeyri-idman hərəkəti). Emin Cəfərquliyev, 49 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı. Qəsəbə stadionu. Saat 14.30.
Bakı – Neftçi - 1:3
Bakı: 1. Marko Şarliya, 2. Duje Bakoviç, 3. Denis İvanov, 6. İbrahim Karqbo (10. Lukas Mario Horvat, 72), 7. Deyvidas Çesnauski, 8. Junior Xavyer Vilson, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 36. Uinston Parks (77. Aleksandr Şoliç, 46), 98. Koke, 99. Rəhman Hacıyev (19. Nurlan Novruzov, 62).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 25. Şəhriyar Əliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (3. Denis Silva, 76), 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo (11. Cavid Hüseynov, 72), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 78), 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 16. Alessandro Vyana da Silva, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Qollar: Nurlan Novruzov, 87 – Ruslan Abışov, 6. Rəşad Abdullayev, 35. Ruslan Əmircanov, 40.
Vərəqələr: İbrahim Karqbo, 39 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – Elvin Yunuszadə, 17 (perspektivli hücumun qarşısını aldığına görə). Cavid İmamverdiyev, 72 (oyunun bərpasını gecikdirdiyinə görə) - sarı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 2000 tamaşaçı.
İnter – Rəvan - 1:0
İnter: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 57), 13. Bronislav Çervenka, 14. Peter Zlatinov (11. Asif Məmmədov, 57), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (20. Girt Karlson, 81), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 10. Asif Mirili, 22. Peter Çrappan, 29. Əziz Quliyev.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Vüsal Qarayev (17. Ramazan Abbasov, 71), 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 14. Sergey Artyux (7. Elvin Musazadə, 58), 18. Samuel Barlay, 20. Kristian Torres.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Natiq Kərimi, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov, 24. Hüseyn İsgəndərov.
Baş məşqçi: Bəhmən Həsənov.
Qol: İbrahima Niasse, 43.
Vərəqələr: Danildo Assioli, 31 (qeyri-idman hərəkəti). Valeri Abramidze, 41 (qeyri-idman hərəkəti) – Kristian Torres, 50 (qeyri-idman hərəkəti). Samuel Barlay, 82 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, İlham Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu. 300 tamaşaçı.
N
O
Q
H
M
T-F
X
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benouahi (AZAL)
8. Robertas Poşkus (Simurq)
