7 mart 2012 00:09
Simurq Qarabağla matça iki itki ilə çıxacaq
Martın 7-də “Qarabağ”la qarşılaşacaq “Simurq” iki futbolçusunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, “Kəpəz”lə oyunda sarı vərəqə limitini dolduran litvalı futbolçu Vidas Alunderis qarşıdakı oyunu buraxmalı olacaq.
Onunla yanaşı İlkin Qırtımov da meydana çıxmayacaq. Gənc futbolçu zədədən əziyyət çəkir.
