7 mart 2012 00:38
Bernard Raab: AZAL-la oyunda işimizin asan olacağını düşünürəm
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın təxirə salınmış 19-cu turunun bu gün keçiriləcək AZAL ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ardıcıl üç məğlubiyyətdən sonra bizə bir qədər çətindi. Həm də rəqiblərimizin hamısı ilk altılıq təmsilçiləriydi – “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”. Amma AZAL-la oyunda işimizin bir qədər asan olacağını düşünürəm. Baxmayaraq ki, bu rəqibimiz də ilk dövrədəki məğlubiyyətin qisasını almağa çalışacaq. Hər halda biz də meydana qələbə qazanmaq, ən azı bir xal üçün çıxacağıq”.
