8 mart 2012 13:52

Qarabağ və Pavloviç rekordunu yeniləməkdə davam edir

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda da qapısını toxunulmaz saxlayan “Qarabağ” klubu mövsümün özünə aid olan rekordunu yeniləyib. Azerisport.az xəbər verir ki, ağdamlılar ardıcıl 8-ci çempionat oyunundan da qapısından qol buraxmayıb.
 
“Simurq”u 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qapıçısı Boyan Pavloviç bununla da quru seriyasını 722 dəqiqəyə çatdırıb. O, sonuncu dəfə 2011-ci il noyabrın 26-da 14-cü turun “Neftçi”ylə görüşündə (1:2) qapısında qol görüb.
 
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyalarını özündə əks etdirən siyahıya düşmək üçün lazım olan 660 dəqiqəlik normativi ödəyən serbiyalı legioner Azərbaycan çempionatları tarixinin 13-cü göstəricisinə imza atıb. “Qarabağ” tarixinin 2-ci nəticəsinin müəllifi indi bu siyahıda daha da irəliləməyə çalışacaq.
 
Qeyd edək ki, Pavloviçin nailiyyətinin İFFHS tərəfindən rəsmən tanınması üçün seriyanın qırılması zəruridi. Yalnız onun dəqiq göstəricisi müəyyənləşdikdən sonra qurumun Azərbaycan nümayəndəsi tərəfindən federasiya məlumatlandırılacaq və həmin vaxtdan sonra açıqlanacaq siyahıda Pavloviçin də adı olacaq.
 
Azərbaycan çempionatının ən uzun quru seriyaları
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Dmitri Kramarenko (“Karvan”) – 798
8. Dmitri Kramarenko (“Neftçi”) – 772
9. Rauf Mehdiyev (“Olimpik”) – 746
10. Elşən Poladov (“Bakı”) – 744
11. Nadir Şükürov (“Dinamo”) – 741
12. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
13. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 722
13. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
14. Camaləddin Əliyev (“Qarabağ”) – 700
15. Rauf Mehdiyev (“Olimpik”) – 676

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.