8 mart 2012 13:30
FİFA Azərbaycan – Fələstin matçının nəticəsini ləğv etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 29-da Azərbaycan və Fələstin milli komandaları arasında keçirilmiş yodaşlıq oyunu FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb. Azerisport.az xəbər verir ki, bununla bağlı FİFA-dan AFFA-ya məktub göndərilib.
Məktubda qeyd olunub ki, hakim dəyişikliyi barədə FİFA-ya məlumat verilmədiyi üçün, aparılan araşdırmalar zamanı qarşılaşmanın dördüncü hakiminin adının 2012-ci il üçün təsdiqlənmiş FİFA hakimlərinin siyahısında olmadığı aşkarlandığına görə, Azərbaycan – Fələstin matçı FİFA-nın reytinq cədvəlinin rəsmi oyunları siyahısından çıxarılıb. (AFFA)
