9 mart 2012 02:10
Beşiktaş ilk oyunda məğlub oldu, MY şokda (YENİLƏNİB)
Futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Azərbaycanlı futbolsevərlərin də daha çox maraqlandığı oyunlardan biri İspaniyada keçirilib. Qardaş Türkiyə millisinin lideri Arda Turanın şərəfini qoruduğu Madrid “Atletico”su evdə “Beşiktaş”la üz-üzə gəlib. Ötən mərhələdə Avroliqanın son finalçısı “Braga”nı sıradan çıxaran qardaş ölkə təmsilçisi bu uğurunun davamını gətirməyə çalışsa da, ilk cəhddə buna nail ola bilməyib. Belə ki, Ardanın forma geymədiyi oyunda "qara qartallar" məğlubiyyətlə üzləşiblər.
Digər oyunlara gəlincə, “Twente” “Schalke” üzərində minimal hesablı qələbəyə sevinib. Xarkov “Metallist”i “Olympiakos”a evdə uduzub. “Sporting” “Manchester City” üzərində qələbə qazanıb. “AZ Alkmaar” da “Udinese”ni məğlub yola salıb. Ən gözlənilməz nəticələrdən biri İngiltərədə qeydə alınıb. “Manchester United” qələbə qazandığı oyunda “Athletic”ə uduzub. “Standard”la “Hannover” hərəyə iki qol vurduqları oyundan sülhlə ayrılıblar. “Valencia” isə PSV ilə qollu dueldən qalib ayrılıb.
Avropa Liqası
1/8 final
8 mart
Atletico (İspaniya) – Beşiktaş (Türkiyə) - 3:1 (3:0)
Qollar: Salvio, 24; 27, Adrian, 37 - Simao, 53.
Twente (Hollandiya) – Schalke (Almaniya) - 1:0 (0:0)
Qol: De Yonq, 61-pen.
Metallist (Xarkov, Ukrayna) - Olympiakos (Yunanıstan) - 0:1 (0:0)
Qol: Torrijos, 50.
Sporting (Portuqaliya) - Manchester City (İngiltərə) - 1:0 (0:0)
Qol: Xandao, 51.
AZ Alkmaar (Hollandiya) – Udinese (İtaliya) - 2:0 (0:0)
Qollar: Martens, 63, Falkenburq, 84.
Manchester United - Athletic (İspaniya) - 2:3 (1:1)
Qollar: Runi, 22; 90-pen - Lyorente, 44, Markos, 72, Muniain, 90.
Standard (Belçika) – Hannover (Almaniya) - 2:2 (2:1)
Qollar: Buyens, Tşite, 30 - Stindl, 22-pen, Diuf, 56.
Valencia - PSV (Hollandiya) - 4:2 (3:0)
Qollar: Ruiz, 11, Soldado, 13; 43-pen, Piatti, 56 - Toivonen, 83-pen, Vijnaldum, 90.
