8 mart 2012 14:43

AÇ-nin Azərbaycanda keçirilməsinin təfərrüatları martın 21-də məlum olacaq

Gürcüstan və Azərbaycanda futbol üzrə Avropa çempionatının keçirilməsi mümkünlüyünün təfərrüatları martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində məlum olacaq. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Vladimir Vardzelaşvili bildirib.
 
Onun sözlərinə görə, konqresdə ölkələrin öz namizədliklərini nə vaxt təqdim edə biləcəkləri həll olunacaq. Nazir qeyd edib ki, buna qədər tərəflər öz ölkələrinin təqdimatına hazırlaşacaq, sonra onlara UEFA-nın müxtəlif komitələri ilə işləmək və 2020-ci ildə Avropa çempionatının Gürcüstan və Azərbaycanda keçirilməsinə nail olmaq imkanı veriləcək.
 
"Bunun baş verməsi üçün hər iki tərəf ayrı-ayrı meyarlarla razı salmalıdır. Bura stadionların infrastrukturundan tutmuş aeroportlar və mehmanxanalara qədər bir çox şeylər aiddir. UEFA bu meyarların formasını elan edir" - deyə Vardzelaşvili bildirib.
 
O həmçinin vurğulayıb ki, Gürcüstan və Azərbaycan 14 vacib bənd üzrə razılığa gəlib ki, bu da müqavilədə öz əksini tapıb və onların yerinə yetirilməsi üzrə öhdəlik götürüb.
 
"Əlavə məsələlərdən biri prezidentin təşəbbüsü olub. Prezident Azərbaycan tərəfinə Gürcüstan və Azərbaycanın Avropa çempionatını qəbul edən ölkələr qismində birgə ərizə təqdim etməyini təklif edib".
 
Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini ilk dəfə açıqlayıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.