8 mart 2012 11:28
Milli komandamızda islahatlara start verildi
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio dünya çempionatına vəsiqə verən pley-off oyunları ərəfəsində komandamızın heyətində dəyişikliklər etməyə qərar verib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis AÇ-2012-dəki uğursuzluqdan sonra komandaya yeni futbolçular çağırmağı lazım sayıb.
Belə ki, o, “Neftçi” İSM-də oynayan məşqçi funksiyasını yerinə yetirən Kakanı millimizə dəvət edib. Bu barədə təcrübəli mütəxəssis özü məlumat verib:
“Son dövrlər onun oyunu mənim çox xoşuma gəlir. Onu yığmanın Türkiyə toplanışına dəvət etmişik. Bu hazırlıq prosesinə Azərbaycanın çimərlik futbolu üzrə yığmasının qapıçısı Emin Kürdovu da cəlb etmək istəyirdik. Lakin təəssüflər olsun ki, həmin dövrdə sözügedən yığmanın da Dubayda toplanışı olacaq. Bu üzdən də Kürdov bizə kömək edə bilməyəcək”.
Alesio da Silva millimizin qapıçısı Andrey Tveryankinin də Türkiyə toplanışında iştirak etməyəcəyini deyir: “Rusiyanın KPRF klubunda çıxış edən bu oyunçu bizə ancaq Tümendəki oyun ərəfəsində qoşula biləcək. Onun yoxluğunda isə Elnur Zamanovla Marat Salyanskiyə güvənməli olacağıq”.
Qeyd edək ki, yığmamız DÇ-yə vəsiqə uğrunda Rusiya yığması ilə iki oyun pley-off matçına çıxacaq. AÇ-2012-nin son finalçısı ilə qarşılaşma ərəfəsində isə komandamızın heyət baxımından müəyyən problemləri var. Bu azmış kimi Joze Alesio həmyerlisi Tyaqonu bu toplanışa çağırmayacağını da bildirib:
“Onun son turnirlər zamanı çıxışı mənim qətiyyən xoşuma gəlmədi. Ondansa, qoy yerinə yerli futzalçılardan biri oynasın. Hesab edirəm ki, azərbaycanlı oyunçu oynamayan braziliyalıdan daha yaxşıdı. Rüfət Balakişiyev də toplanışa cəlb olunmayacaq. Ona üzərində daha çox işləmək lazımdı”.
“Onun son turnirlər zamanı çıxışı mənim qətiyyən xoşuma gəlmədi. Ondansa, qoy yerinə yerli futzalçılardan biri oynasın. Hesab edirəm ki, azərbaycanlı oyunçu oynamayan braziliyalıdan daha yaxşıdı. Rüfət Balakişiyev də toplanışa cəlb olunmayacaq. Ona üzərində daha çox işləmək lazımdı”.
