8 mart 2012 00:18

Hafiz Məmmədovdan Sadıq Sadıqova qardaşlıq mesajı (FOTO)

Futbol üzrə Azərbaycan Premyer Liqası 19-cu turunun təxirə salınmış “Bakı” - “Neftçi” qarşılaşmasını stadionda izləyənlər arasında bu klubların prezidentləri də yer alırdı. Azerisport.az xəbər verir ki, “Bakı”nın prezidenti Hafiz Məmmədov və onun “Neftçi”dən olan həmkarı Sadıq Sadıqov oyunu sonadək maraqla izlədilər.
 
Meydan sahiblərinin məğlub olmasına baxmayaraq, “Bakı”nın prezidenti Hafiz Məmmədov təmkinini itirmirdi. Qonaq komandanın rəhbərini qələbə münasibəti ilə təbrik edən Hafiz Məmmədov “Neftçi”nin 3 xalı layiqincə qazandığını söylədi:
 
“Neftçi” Azərbaycan çempionu və cari çempionatın lideridi. Bu komandanın gücü məlumdu. “Neftçi” səviyyəli futoblçulardan təşkil olunmuş və oturuşmuş komandadı. Bu amil onların uğur qazanmasının əsasıdı. Bizim komandaya gəldikdə isə, hələ heyətlə bağlı problemlərimiz var. Yeni futbolçularımız güclü oyunçular olsalar da, komandaya tamamilə uyğunlaşa bilməyiblər. Xətlərarası rabitə də nizamsız təsir bağışlayır və istənilən qaydada deyil. Məncə, “Neftçi” bu gün layiqli qələbə qazandı.
 
“Neftçi” klubunun rəhbəri və bizim yaxın dostumuz Sadıq Sadıqov idman sahəsində öz sözünü demiş təcrübəli bir mütəxəssisdi. Təsadüfi deyil ki, “Neftçi” onun rəhbərliyi altında yüksəliş dövrünü yaşayır. İki güclü rəqibin mübarizəsində ehtiraslar həmişə yüksək həddə olur. Bu idmandı. Mübarizə anında müxtəlif xoşagəlmız hallar yaşana bilər. İstisna deyil ki, müəyyən arzuolunmaz hərəkətlər yer alsın. Ancaq bu neqativ hallar iki klubun möhkəm təməllər üzərində qurulan dostluğuna və əməkdaşlığına xələl gətirə bilməz. Vaxtı ilə klublarımız arasında hansısa xırda anlaşılmazlıqlar yaşansa da, bütün bunlar geridə qalıb.
 
“Bakı” və “Neftçi” qardaş klublardı. Biz birlikdə Azərbaycan futbolunun inkişafı naminə çalışırıq.  Bir daha “Neftçi”ni təbrik edirəm, onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.