8 mart 2012 12:17
Cennaro Qattuzo yaşıl meydanlara qayıdır
İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Cennaro Qattuzo yaşıl meydanlara qayıdır. Azerisport.az xəbər verir ki, o artıq bu həftəsonu A Seriyasında oynaya biləcək.
Gözündə problemləri olan yarımmüdafiəçi çoxsaylı tibbi müayinələrdən növbəti dəfə keçəndən sonra, martın 6-da həkimlərin razılığını ala bilib. İndi onun oynaması üçün heç bir maneə yoxdu.
Qeyd etmək lazımdı ki, Qattuzo Çempionlar Liqasında oynaya bilməyəcək. Çünki onun adı komandanın siariş ərizəsinə salınmayıb.
