8 mart 2012 12:34
Azərbaycan yığması Moldova ilə qarşılaşacaq
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yenə yoxlama matçı keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu dəfə millimizin üzvləri Moldovadan olan həmyaşıdlarıyla qarşılaşacaqlar.
Moldova mətbuatının yaydığı məlumata görə, bu oyun gələn həftə keçiriləcək. Güman ki, qarşılaşma Bakıda baş tutacaq. Çünki qızlarımızın Moldovaya səfər edəcəyinə dair hələlik rəsmi məlumat yayılmayıb.
Xatırladaq ki, ötən həftə Sissi Raytın yetirmələri daha iki sınaq matçında çıxmışdı. Millimiz Gürcüstanla Bakıda baş tutan yoxlama matçlarında 5:0 və 6:0-lıq qələbələrə sevinmişdi.
