9 mart 2012 13:47
XL tarixində daha bir ilk
“Xəzər Lənkəran” tarixində ilk dəfə olaraq ölkə çempionatının 1 mövsümündə 2 rəqib futbolçu bu komanda üçün qol vurur. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 19-cu turunun “Turan”la səfər matçında top qapıya rəqib oyunçu Ayxan Abbasovdan daxil olmuşdu. Və beləliklə o, Lənkəran təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
Cari mövsümdə bir dəfə də “Neftçi”nin oyunçusu Ruslan Abışovun avtoqoluna sevinən komanda hər 2 halda Premyer Liqa oyununda, özü də hər 2 halda 1:0 hesabı ilə bitən matçda rəqib qolu sayəsində qalib gəlib.
Tarixi ərzində 6-cı dəfə avtoqola sevinən “Xəzər Lənkəran” indiyədək yalnız 2007/08 mövsümündə 2 belə halla üzləşmişdi. Lakin həmin vaxt bu qolların biri kubokda qeydə alınmışdı. İlk dəfə 1 çempionatda 2 avtoqol görən “Xəzər Lənkəran” ümumilikdə Premyer Liqada 4, kubokda 2 dəfə rəqibin öz qapısına qol vurmasına şahid olub. Bu 6 avtoqolun da yarısı ev, yarısı səfər matçlarına təsadüf edub.
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
