9 mart 2012 13:54

102 gün sonra gələn uğursuzluq

Futbol üzrə Azərbaycan Premyer Liqasının təxirə salınan 19-cu turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ötən matçda təkrarladığı rekordunu yeniləyə bilmədi. Azerisport.az xəbər verir ki, ardıcıl 3 qələbədən sonra 2:3 hesabı ilə uduzan komanda bu dəfə xal itkisinə üzüldü.
 
- “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı 3 oyunluq qələbə seriyasını təkrarlamaq üçün XX turda “Simurq”u 1:0, XXI turda “Xəzər Lənkəran”ı 2:1, XXII turda “Rəvan”ı 4:0 hesabı ilə yenmişdi. Sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la oyunda xal itirən (0:0) komanda 77 gündən sonra xal itkisi ilə üzləşdi.
 
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Son 8 qarşılaşmada uduzmayan  komanda 102 gündən sonra meydanı xalsız tərk etdi. “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə etmişdi. Bu matçlardakı top fərqi 14:2 oldu. Bu matçların 7-sı çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.
 
- Gəncədəki oyun baş məşqçi Fatih Kavlakın Premyer Liqada 10-cu matçı oldu. Bu oyunlarda “Qəbələ” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində də üstünlük nəzərə çarpır – 15:7. Ümumilikdə isə türkiyəli mütəxəssis komandanı 11 oyuna çıxarıb.
 
- “Kəpəz”lə matçda Nodar Məmmədov 40-cı, Aleksandr Çertoqanov 20-ci, Tarzin Changirov isə 10-cu dəfə “Qəbələ”nin formasında meydana çıxdı. Stiv Olfers Premyer Liqada 40-cı, Tarzin isə çempionatda 10-cu dəfə forma geydi.
 
- İndiyədək yalnız kubok matçında şans qazanan şotlandiyalı qapıçı Qrem Smit Premyer Liqada debüt etdi. Bununla da o, çempionatın güclülər dəstəsində komandanın şərəfini qoruyan 115-ci futbolçu, 57-cu əcnəbi oldu.
 
- Matçda hesabı açan Lyubo Baranin 166 gündən sonra “Qəbələ”də qol vurdu. O, sonuncu dəfə ötən il sentyabrın 23-də “Xəzər Lənkəran”la səfər matçında fərqlənmişdi. Bu serbiyalının 5-ci qolu oldu.
 
- Meydandan qovulan Deon Barton “Qəbələ” tarixində 32-ci, Premyer Liqada 24-cü qırmızı vərəqənin sahibi oldu. Ötən mövsüm – 2011-ci il aprelin 30-dakı “Simurq”la səfər oyununda da meydandan qovulan yamaykalı 2-ci dəfə bu aqibəti yaşadı. Həmin vaxt 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alan Deon bu dəfə daha tez – 35-ci dəqiqədə meydanı tərk etdi.
 
- Barton “Qəbəlı”də 2 qırmızı alan 8-ci futbolçu oldu. Ona qədər Azər Həşimov, Əli İsmayılov, Milan Antiç, Nodar Məmmədov, Tomas Stolpa, Camal Məmmədov və Anar Qasımov da eyni taleyi yaşamışdı. Bu 8 oyunçudan 4-ü – Deon, Əli, Tomas və Nodar hər 2 halda Premyer Liqa oyununda cəzalanıb. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.