9 mart 2012 14:06
Tuyqun Nadirov: Onlar işləmirlər, sadəcə orda yer tuturlar
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bu gün keçirilən AFFA-nın hesabat seçki konfransı zamanı narazılığını dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“AFFA prezidentliyinə seçkilərlə bağlı problem yoxdu. Biz hamımız Rövnəq Abdullayevin seçilməsinin tərəfdarıyıq. Bunda seçkilər normal keçdi. Amma İcraiyyə Komitəsinin üzvlüyünə seçkilərin düzgün olmadığını düşünürəm. Elə etmək lazım idi ki, onların hər birinə ayrı-ayrılıqda səs verilsin, daha dördünə birdən yox. Şəxsən mən, bu gün yenidən İK üzvü seçilmiş iki nəfərin əleyhinəyəm. Onlar orda işləmirlər, sadəcə yer tuturlar. Dörd nəfərə necə səs verə bilərəm ki, onlardan ikisi mənim xoşuma gəlmir”?