9 mart 2012 14:18

AFFA üçün yeni struktur

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında assosiasiyanın növbəti hesabat-seçki Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, AFFA bununla bağlı rəsmi məlumat yayıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
 
“Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib əvvəlcə iştirakçıları UEFA tərəfindən AFFA-nın Konfransına göndərilmiş məktubun mətni ilə tanış edib. Sonra Konfransın səlahiyyətli olub-olmaması barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. M.Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir.
 
Elxan Məmmədov Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilməli olduğunu və komissiya üzvü kimi Şaiq Həmidov, Fərid Novruzi və Rasim Zeynalovun namizədliyinin təklif edildiyini bildirib. Adları qeyd olunan şəxsləri yekdilliklə say komissiyasının üzvü seçiliblər.
 
Baş katib AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətini əks etdirən videoçarx hazırlandığını bildirib və Konfrans iştirakçılarını videoçarxa baxmağa dəvət edib. AFFA-nın 2011-ci ildə fəaliyyətinin videoxülasəsi nümayiş olunduqdan sonra, Elxan Məmmədov qeyd edib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2011-ci ilin maliyyə hesabatını, həmçinin 2012-ci il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək).
 
Müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun da hesabatı dinlənildikdən sonra baş katib bildirib ki, Konfransdan 1 gün əvvəl – martın 8-də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova AFFA-ya müraciət edərək Konfransda komanda adından çıxış etmək istədiyini deyib. Ə.Heydərova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafına, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına yaradılan yüksək səviyyəli şəraitə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə komanda üzləri adından minnətdarlığını bildirib.
 
Çıxış başa çatdıqdan son Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
 
Baş katib Elxan Məmmədov gündəlikdəki növbəti məsələnin AFFA prezidenti vəzifəsinə seçkilərin keçirilməsi olduğunu deyib. Qeyd edib ki, bu vəzifəyə 1 nəfərin – Rövnəq İbrahim oğlu Abdullayevin namizədliyi irəli sürülüb və Nizamnamənin 33-cü maddəsinin 7-ci bəndinə əsasən, nümayəndələrin mütləq çoxluğu gizli səsvermə tələb etməzsə, qərarlar açıq səsvermə ilə qəbul olunur. Beləliklə, AFFA prezidenti vəzifəsinə seçkilər açıq səsvermə yolu ilə keçirilib və Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.
 
Sonra İcraiyyə Komitəsinin üzvlərinin seçkisi keçirilib. Baş katib məlumat verib ki, İcraiyyə Komitəsindəki 10 vakant yerə eyni sayda – 10 nəfər namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, Peşəkar Futbol Liqasından 4, Regional Futbol Federasiyasından 2, Sahə Futbol Federasiyasından 2 və İctimai Futbol Təşkilatlarından 2 nəfər İcraiyyə Komitəsinə üzv seçiləcək. Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçkilər açıq səsvermə yolu ilə keçirilib. Beləliklə, adları aşağıda göstərilmiş şəxslər növbəti 4 il üçün İcraiyyə Komitəsinin üzvü seçiliblər:
 
Peşəkar Futbol Liqası
1. Rauf Əliyev
2. Hafiz Məmmədov
3. Ələkbər Məmmədov
4. Kazbek Tuayev
 
Regional Futbol Federasiyaları
1. Cahangir Hacıyev
2. İsgəndər Cavadov
 
Sahə Futbol Federasiyaları
1. Mahir Məmmədov
2. Mirkamil Rəhimov
 
İctimai Futbol Təşkilatları
1. Elmar Qasımov
2. Elşad Nəsirov
 
Sonra komissiya və komitə sədrləri Konfrans tərəfindən təsdiqlənib. Muxtar Babayevin Apellyasiya və Ekspert Komissiyasının, Xaqani Məmmədovun Hakimlər Komitəsinin, Gülağa Cabarovun Hakim-İnspektorlar Komitəsinin, Tofiq Fətullayevin isə İntizam Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub.
 
Sonda AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək, növbəti dəfə bu vəzifədə ona etimad göstərməsinə görə Konfrans iştirakçılarına və ölkə futbol ictimaiyyətinə minnətdarlığını bildirib, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
 
Konfrans başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.