9 mart 2012 14:23
Foqts: Azərbaycan himnini öyrənməyə hazırlaşmıram
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün keçirilən AFFA prezidentliyinə seçkilərdən sonra bəzi suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Öncə Rövnəq Abdullayevi yenidən AFFA prezidenti seçilməsi münasibəti ilə təbrik edirəm. Əminəm ki, o, bundan sonra da Azərbaycan futbolunun inkişafında öz köməyini əsirgəməyəcək”.
- Fələstin yığmasına məğlubiyyəti indi necə xatırlayırsız?
- Biz yeddi günlük toplanış zamanı bir yox, üç sınaq matçı keçirdik. Əlbəttə, mən Fələstinlə oyunun nəticəsindən çox narazı qaldım. Amma bu oyundan müəyyən nəticələr çıxardım. Bunun da nəticəsini siz yaxın zamanlarda görəcəksiz. Bir şeyi də xahiş edirəm ki, futbolçuların həmin vaxt lazımı formada olmadığını unutmayasız. Həm də biz Dubay toplanışına səkkiz gənc futbolçu aparmışdıq.
- Dubay toplanışında intizamı pozmuş oyunçuları cərimə edəcəksiz?
- Bu, komandanın daxili işidi. Ona görə də hər şeyi sizə deyə bilmərəm. Həmin gün futbolçulara istirahət verilmişdi. Kimlərsə intizamı pozursa, cəzalanmalıdı. Futbolçularla bağlı cəza çıxarılanda millinin bəzi oyunçularının rəyini nəzərə alıram. Mən həmin oyunçuları cəzalandırarkən millinin kapitanı Rəşad Sadıqov və vitse-kapitan Mahir Şükürovla məsləhətləşdim. Amma cərimənin məbləğini sizə deməyəcəm. Bütün bunlar komandada daxilində qalmalıdı.

- Siz bu qalmaqalla bağlı mətbuatda yazılanları oxumusuz?
- Bunu hörmətsizlik kimi qəbul etməyin. Amma mən Azərbaycan mətbuatını oxumuram. Mənə hər şeyi mətbuat xidməti çatdırır. Odu ki, hər şeydən xəbərim var.

- Gənc futbolçulardan kimlər sizin xoşunuza gəldi?
- Bundan danışmaq hələ tezdi. Apreldə bizim üç günlük toplanışımız olacaq. Mayın sonunda və iyunun əvvəlində Andorra və Belarusla qarşılaşacağıq. Avqust ayında keçiriləcək Bəhreynlə oyundan sonra mən gənclər yığmasından kimlərin çıxdığını tam müəyyənləşdirəcəm.

- Araz Abdullayevi niyə çağırmamışdınız?
- Mən ona Yunanıstan “Panionios”unda möhkəmlənmək və gənclərdən ibarət yığmada çıxış etmək imkanı yaratmışam. Bildiyim qədərilə, o, yaxşı oynayıb. Məndə olan informasiyaya görə, Yunanıstan klubuna keçəndən sonra xeyli artırıb. Amma həm Araz, həm də Amit Quluzadə öz üzərlərində daha çox çalışmalıdılar.

- Nazim Süleymanovla iş birliyiniz haqda nə deyərdiniz?
- Nazimin işindən xoşum gəldi. Mən onunla müqavilə bağlamağa razılıq verdim. Həmçinin qapıçılarla işləyən məşqçi Etibar Tarverdiyev də özünü yaxşı tərəfdən göstərdi.

- Dubay toplanışına heç də bütün klubların baş məşqçiləri getməmişdi...
- Bu, onların öz işidi. Görünür, daha vacib işləri var imiş. Mən heç kimi tənqid etmirəm. Hər kəs bildiyi kimi hərəkət edir. Amma ora gələn məşqçilərlə biz çox faydalı vaxt keçirdik.
- Sizcə, legioner limitini azaltmaq lazımdı?
- Mən bunu ilk gündən deyirəm. Azərbaycanlı futbolçular daha çox oyun təcrübəsi qazanmaq imkanı əldə etməlidilər. Mən limitin dəyişməsini gözləyirəm. Həmçinin xaricdə oynayan futbolçuların sayının artacağına ümid edirəm.

- Çempionluq mübarizəsində kimləri əsas favorit sayırsız?
- “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”ı.

- Artıq beş ildi Azərbaycanda yaşayırsız. Amma Azərbaycan himnini öyrənməmisiz. Buna hazırlaşmırsız?
- Azərbaycan xalqına və onun dövlət atributlarına hörmətlə yanaşıram. Bu ölkədə çalışmağımla da fəxr edirəm. Amma özümü himninizi oxuyan təsəvvür edə bilmirəm. Unutmayın ki, mən almanam.