9 mart 2012 14:37
“Azərbaycan millisinə Rusiya ilə oyunlarda çox çətin olacaq”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov yığma komandamızın DÇ-2012-nin pley-off mərhələsi çərçivəsində Rusiya ilə keçiriləcək seçmə oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bildiyiniz kimi, heyətimizdə bir neçə itki var. Buna görə də biz Kakanı milliyə dəvət etmişik. O, müdafiədəki boşluğu aradan qaldıra bilər. Artıq 5 ildi Azərbaycandadı. Rusiya yığmasına gəlincə, bu, çox güclü komandadı. Onlar öz güclərini sonuncu Avropa çempionatının finalına çıxmaqla da göstərdilər. Bizə çox çətin olacaq. Amma bu mərhələyə gəlmişiksə, deməki sona kimi döyüşmək lazımdı”.