9 mart 2012 15:03
Bahodir Nasimov İran və Cənubi Koreyaya qarşı
DÇ-2014 Asiya zonası üzrə 4-cü seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Malayziyanın Kula Lumpur şəhərində keçirilən mərasimdə 10 komanda 2 qrupa bölünüb.
Premyer Liqamızın bombardiri, “Neftçi”nin hücumçusu Bahodir Nasimovun çıxış etdiyi Özbəkistan yığması A qrupuna düşüb. Özbəklər bu qrupda İran, Cənubi Koreya, Qətər və Livanla mübarizə aparacaq. B qrupunda isə Avstraliya, İraq, İordaniya, Oman və Yaponiya yığmaları yer alıb.
Bu mərhələyə iyunun 3-də start veriləcək və gələn ilin iyulun 18-dək davam edəcək. İlk iki yeri tutan komandalar Braziliyada keçiriləcək Dünya çempionatına vəsiqə qazanacaq. mundiala vəsiqə qazanacaq. III yerlərin sahibləri 5-ci seçmə mərhələdə qalibi müəyyənləşdirəcək ki, həmin komanda da qitələrarası pley-offa yüksələcək.
