9 mart 2012 15:16

Sadıq Sadıqov: Üç əsas rəqibimiz var

“Neftçi”nin prezidenti Sadıq Sadıqov azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, transferlərdən danışıb.
 
- “Neftçi”nin son turdakı oyununu necə dəyərləndirərdiz?
- “Neftçi”nin hazırda göstərdiyi oyun, qazandığı qələbələr təkcə mənim yox, yəqin ki, bütün azarkeşləri sevindirir. Komandamızın son oyunlardalı çıxışı çox xoşuma gəlir. Mən komandadan razıyam. Çox istərdim ki, mövsümün sonuna kimi belə davam edək. Yavaş-yavaş hədəflərimizə yaxınlaşırıq. Çempion olsaq, ürəkdən sevinəcəyəm.
 
- Komandanız qışda transfer həyata keçirmədi. Yayda yeni oyunçu almağı planlaşdırırsızmı?
- Biz transfer etmədik. Çünki artıq formalaşmış heyətimiz var. Buna görə də kimisə götürməyə ehtiyac duymadıq. Mümkündü ki, yayda kimləsə möhkəmlənək. Amma indidən bu haqda danışmaq tezdi. Bu barədə hazırkı mövsüm başa çatandan sonra danışacağıq. Əgər Çempionlar Liqasına vəsiqə qazansaq, əlimizdən gələni edəcəyik ki, Azərbaycanı layiqincə təmsil edək.
 
- Emil Mpenza ilə bağlı vəziyyət nə yerdədi?
- Mpenza artıq “Neftçi”nin futbolçusu deyil. O, çoxdandı komandada yoxdu. Bizimlə heç bir əlaqə də saxlamır. Bununla bağlı FİFA-ya da şikayət etmişik. Mpenza məsələsi artıq qapanıb.
 
- “Neftçi” hazırda yeni bazasının tikintisini də davam etdirir. Bu məsələ nə yerdədi?
- Bazanın özülü atılıb. Tikinti işləri yüksək tempdə davam edir. Bu bazada komanda üçün lazım olan hər şey olacaq.
 
- Komandanızın altılıq mərhələsindəki şanslarını necə qiymətləndirirsiz?
- Mənim üçün bütün rəqiblər eynidi. Altılıq mərhələsində zəif rəqib yoxdu. Baxmayaraq ki, “Neftçi” təsnifat mərhələsində demək olar ki, bütün oyunlarını qalib başa vurub. Başa düşürəm ki, rəqiblərimiz də bizi dayandırmağa çalışacaqlar. Əsl mübarizə hələ qarşıdadı. Komandama inanıram.
 
- Sizcə, bu yolda əsas rəqibiniz kimdi?
- “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” da güclüdü. Bu üç komandanın da oyununu xüsusi qeyd etmək olar. Onları əsas rəqiblərimiz görürəm. Amma mən hər oyunda “Neftçi”nin qələbəsinə sevinmək istəyirəm. Hansı ki, “Bakı”yla son оyunda buna nail olduq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.