9 mart 2012 16:15
Baş katib və vitse-prezidentlər də postunda qaldı
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
1. Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezidenti seçilib.
2. AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin müddəti 4 il uzadılıb.
3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Vaqif Cəfərov
Əmir Zamanov
Xalid Novruzov
Rza Cavadov
Nikolay Smolnikov
Orucəli Durmuşov
Asif Namazov
Tofiq Əliyev
Ağasəlim Mircavadov
Rüstəm Rəhimov
Sabir Əliyev
4. «Əməkdar məşqçi» fəxri adının verilməsi ilə bağlı aşağıdakı tərkibdə komissiya yaradılsın:
Siyavuş İbrahimov
Kazbek Tuayev
Çingiz İsmayılov
Rüstəm Rəhimov
Mirkamil Rəhimov
Mikayıl Quliyev
