9 mart 2012 15:51
Legioner limiti dəyişdi, teleyayım hüququ klublardan alındı
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra legioner limiti və teleyayımla da bağlı aşağıdakı qərarlar qəbul olunub.
Belə ki, Premyer Liqanın 2012-2013-cü il mövsümündən başlayaraq limit aşağıdakı qaydada tətbiq olunacaq: 7+3+1. Bu, o deməkdi ki, meydanda 7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu çıxış olmalıdı.
Bundan əlavə Premyer Liqanın 2012-2013-cü il mövsümündən başlayaraq Premyer Liqa və Azərbaycan kuboku uğrunda oyunların yayım hüququ yenidən Peşəkar Futbol Liqasına verilib.
Qeyd edək ki, buna qədər Azərbaycanda 8+3 sistemindən istifadə olunurdu və teleyayım hüququ da klublarda idi.
