9 mart 2012 17:16
AFFA Deon Bartonun cəzasını açıqladı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın 19-cu turunun AZAL – “Sumqayıt” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunublar.
“Kəpəz” – “Qəbələ” matçının 35-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Dean Barton hakimin qərarına emosional şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
