9 mart 2012 17:25

Qəbələ - Neftçi matçı yenidən oynanılacaq

AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının son turunun, eləcə də U-16 Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
 
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 19-cu turunun “İnter” – “Rəvan” matçının 90+2-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Yamin Ağakərimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
5 mart 2012-ci il tarixində U-16 Liqanın “Qəbələ” – “Neftçi” matçı geyim dəstlərinin eyni olması səbəbindən baş tutmayıb. Belə ki, “Qəbələ” futbol klubu meydan sahibi olduğu üçün ağ rəngli geyimdə oynayacağını bildirib. Eyni zamanda “Neftçi” klubu da eyni rəngdə geyim forması ilə meydana çıxıb, lakin sonradan köynəklərini ağ-qara rəngə dəyişdiriblər (hər iki klubun şort və getrləri ağ rəngdə olub). Lakin matçın hakimi baş vermiş hadisələrə baxmayaraq yekunda qətiyyətsizlik edərək oyunu keçirməyib. Bu səbəbdən U-16 Liqasının “Qəbələ” – “Neftçi” matçı yenidən oynanılsın.
 
Matçın hakimi barədə Hakimlər Komitəsi, oyunun hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.