9 mart 2012 18:03
Daha üç kluba texniki məğlubiyyət verildi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal üzrə Azərbaycan kubokunun son oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
6 mart 2012-ci il futzal üzrə Azərbaycan kubokunun “Standard” – “Yasamal” matçında hər iki klub iştirak etmədiyi üçün klublara 0:5 hesablı texniki məğlubiyyət verilib.
6 mart 2012-ci il futzal üzrə Azərbaycan kubokunun “Baku Fans” – “Azekolab” matçında “Azekolab” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
