9 mart 2012 18:41
Rəşad Sadıqovla bağlı inanılmaz fakt (VİDEO)
“Qarabağ” Premyer Liqanın təsnifat mərhələsini “Simurq” üzərində qələbəylə başa vurdu. Azerisport.az xəbər verir ki, bununla da məğlubiyyətsizlik seriyasını 9-a çatdıran Ağdam klubu final mərhələsinə 4-cü pillədə başlayacağını dəqiqləşdirdi.
“Qarabağ” – “Simurq” oyunu ilə bağlı araşdırmalar zamanı ortaya ilginc bir fakt çıxır. Oyunun 23-cü dəqiqəsində Rəşad Sadıqov ənənəvi cərimə zərbəsiylə arxivinə daha bir baxımlı qol daxil etdi. Özüməxsus zərbəyə malik olan Sadıqovun bu topu sanki tarixin təkrarı idi. Belə ki, Sadıqov 2 il bundan öncə eyni meydanda, eyni qapıya, eyni yerdən və eyni qapıçıya qol vurmuşdu. Sadəcə, Dmitri Kramarenko o vaxt “Xəzər Lənkəran”ın qapısını qoruyurdu.
İndisə daha bir inanılmaz fakta baxın. 2010-cu ildə ölkə kubokunun 1/4 final mərhələsində (ilk oyun) keçirilən oyun məhz martın 7-də baş tutmuşdu.
