10 mart 2012 21:14
Araz Abdullayevsiz Panionos qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə OFİ ilə qarşılaşıb. Heç də uğurlu çıxış etməyən Afina klubu bu rəqibindən üstün olmağı bacarıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Pyerre ilə hesabı açan qonaqlar iki dəqiqə sonra Şkembrinin meydandan qovulmasına üzülsələr də, 3 xala sevinən tərəf məhz onlar olublar.
Son oyunlarda az forma geyən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Apostolos Mantsios futbolçumuza bu dəfə şans verməyib. Abdullayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Panionios” hazırda 24 oyundan sonra 26 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. OFİ isə 33 xalla səkkizincidi.
Yunanıstan Superliqası
24-cü tur
10 mart
OFI - Panionios - 0:1 (0:0)
Qol: Pyerre, 84.
