12 mart 2012 23:52
Millimizin forvardı və komandası Trabzonsporla bacarmadı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara bu gün Türkiyə Super Liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə çempionatının 30-cu turu çərçivəsində “Trabzonspor” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma rəqib meydanında keçirilib. Baş məşqçi Rza Çalımbayın bu oyunda Cihana da şans verib. Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 82-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 30 oyundan sonra 43 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Trabzonspor” isə 52 xalla üçüncüdü.
Türkiyə Super Liqası
30-cu tur
12 mart
Trabzonspor - Sivasspor - 2:1 (0:1)
Qollar: Alanzinyo, 69, Volkan Şen, 81 - Pedriel, 37.
