9 mart 2012 20:38

Prezident İlham Əliyev mərkəzi arenada oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Tofiq Bəhrəmov adına Respublika stadionunda həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Azerisport.az xəbər verir ki, Tofiq Bəhrəmov adına stadionda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verilib, bildirilib ki, ümumi sahəsi 85 min 700 kvadratmetr olan stadionda əsaslı təmir və yenidənqurma işlərini Koreya Respublikasının “Samhoa” şirkəti həyata keçirir.
 
29 min 870 tamaşaçı yeri olan stadionda daha 2500 yer artırılacaq və nəticədə tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatacaq. Burada “ailə otağı” adlanan 16 xüsusi otaq inşa olunacaq.
 
Təzə inşa olunan tribunanın alt hissəsində 4 komanda üçün eyni vaxtda soyunub-geyinmə otağı tikilir. Tribunada mətbuat üçün kompüterlərlə təchiz ediləcək 500 nəfərlik xüsusi yer ayrılacaq. Burada, eyni zamanda, 500 nəfər üçün VİP yerlər təşkil olunacaq və VİP restoran fəaliyyət göstərəcək.
 
Stadiondakı oturacaqların tamamilə yenidən qurulacağı qeyd olunub. Bunun üçün bütün oturacaqların alt hissələrinin təzədən betonlandığı bildirilib. Stadionun su, kanalizasiya və işıqlandırma sistemləri tamamilə yenidən qurulacaq. FİFA-nın və UEFA-nın standartlarına uyğun olaraq stadionun hasarı boyu hər biri 250 nəfərlik yeni sanitariya qovşaqları inşa edilir. Stadionda əlavə olaraq üç yarımstansiyanın inşa ediləcəyi nəzərdə tutulur. Köhnə işıq dirəkləri söküləcək, yeni işıqlandırma sistemi oturacaqların üstündə xüsusi qurğulara birləşdiriləcək. Oturacaqların üst hissəsini saxlamaq üçün 12 metr dərinlikdə dirəklər svalyarla bərkidiləcək. Hər biri 200 tona qədər yükə davamlı olan bu dirəklər, 90 ton yük götürəcək.
 
Tikintidə əsasən Koreya və yerli inşaat materiallarında istifadə olunur. Yeni quraşdırılacaq konstruksiyanın üstü Almaniya istehsalı olan membran qatı ilə örtüləcək. Stadionun girişində turniketlər qurulacaq. Əlavə tikinti işlərindən sonra meydandakı qaçış zolaqları yenilənəcək, meydanın ot örtüyünün alt hissəsində drenajlar və isitmə sistemləri quraşdırılacaq, ot örtüyü təzələnəcək. Stadion əlavə kamera sistemləri ilə təchiz ediləcək.
 
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib. (Azertac)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.