9 mart 2012 11:50
AFFA prezidentini seçdi (YENİLƏNİB)
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransdan sonra AFFA-nın yeni prezidentinin adı məlum olub.
AFFA prezidentliyinə yeganə namizəd hazırkı prezident Rövnəq Abdullayev idi. O, növbəti 5 il üçün yenidən quruma rəhbərlik etmək hüququna yiyələnib. Təbii ki, yekdilliklə.
Maraqlıdı ki, İcraiyyə Komitəsinə namizədliyi verilən 10 nəfər də elə əvvəlki heyətin üzvləriydi. Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən bu quruma üzv seçilib.
Xatırladaq ki, Abdullayev və İK-nın üzvləri 2008-ci ilin martın 14-də bu vəzifələrə seçilmişdilər. Bunadək AFFA-nın 2 prezidenti – Fuad Musayevlə (1992-2003) mərhum Ramiz Mirzəyev (2003-2007) olub.
