9 mart 2012 11:40
AFFA üçün 20 165 000 AZN
AFFA-nın 2011-ci il üçün maliyyə hesabatı açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası geridə qalan ildə baş sponsoru ARDNŞ-dən 11 109 000 manat alıb.
Bundan əlavə atributların satışından və reklamlardan da 9 056 000 manatlıq gəlir götürülüb. Bütövlükdə, AFFA-nın gəlirləri 20 165 000 manat təşkil edir.
