9 mart 2012 12:03
Mərkəzi arenanın nə vaxt istifadəyə veriləcəyi məlum oldu
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı zamanı çıxışında bir sıra maraqlı məqamlara toxunub. Azerisport.az xəbər verir ki, o, hər bir klubun öz stadionunun və bazasının olacağını dilə gətirib:
“Son 8 ildə ölkədə 76 stadion tikilib. Ötən il "Dalğa Arena" istifadəyə verildi. Daha 3 stadionun tikintisi isə davam edir. 65 minlik olimpiya stadionu ilə yanaşı, tikintisi davam edən 8 km qəsəbəsində 12 minlik və 20-ci sahə ərazisində 5 minlik meydançalar may ayında təhvil veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunun açılışı isə bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının ilk oyununa təsadüf edəcək. Yəni çempionatla stadionun açılışı eyni gündə olacaq. Həmçinin klubların da hər birinin özünün stadionu olmalıdı. Ümid edirəm ki, bütün klublarımız həm bazaya, həm də stadiona malik olacaq”.