9 mart 2012 12:34
Berti Foqts cərimənin məbləğini açıqlamaqdan imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin Dubay toplanışındakı qalmaqalın iştirakçılarını hansı məbləğdə cərimə etdiyini açıqlamaqdan imtian edib. Azerisport.az saytına müsahibəsində o, intizamsızlıq edən Ufuk Budaq, Andrey Popoviç, Aleksandr Çertoqanov, Vladimir Levin və Branimir Subaşiçlə bağlı sadəcə bunları dilə gətirib:
“Bu futbolçuları hansı məbləğdə cərimə etdiyimizi deyə bilmərəm. Amma pul cəriməsi olacaq. Onlar da Saşa Yunisoğlunun qırmızı vərəqəyə görə ödədiyi qədərmi ziyana düşəcəklər? Bunu deyə bilmərəm. Hər nə baş verirsə, bunun komanda daxilində qalmasını istəyirəm”.