9 mart 2012 00:46

Böyükağa Hacıyev: Bu, hələ başlanğıcdı

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının çıxışından, rəqiblərindən, çempionluq şanslarından danışıb.
 
- “Bakı” üzərində qələbəni necə dəyərləndirərdiz?
- “Bakı” ilə görüş mənim üçün adi bir oyun idi. Qələbəni də tamamilə adi bir şey kimi qəbul edirəm. İstənilən halda buna görə 3 xal qazanmışıq. Sadəcə, bir şey var idi ki, oyun paytaxt derbisiydi. Belə oyunları da hamı qələbəylə başa vurmaq istəyir. Həm də futbolda əsas transferlər həyata keçirməkdən daha önəmli məqam formalaşmış heyətə malik olmaqdı.

- “Neftçi”nin oyunu xoşunuza gəldi?
- Bəli. Amma biz daha yaxşı oynaya bilərik və buna borcluyuq.
 
- Necə düşünürsüz, bir neçə gün öncə “İnter”i məğlub edən “Bakı” niyə sizə qarşı heç nə ilə yadda qala bilmədi?
- Mən ancaq öz komandamın oyunundan danışa bilərəm. Futbolçularım mənim oyundan öncə verdiyim tapşırıqlardan kənara kənara çıxa bilməzlər. “Bakı”nın “İnter”lə oyununa baxmışdım və rəqib futbolçuları analiz etmişdim. Belə nəticə çıxarmaq olar ki, “Bakı” güclü komandadı. Bu matç isə sadəcə iki baş məşqçinin dueli idi, bir növ şahmat oynayırdıq. Mən də Aleksandr Starkovu sadəcə həmin şahmatda məğlub etdim.
 
- Keçmiş klubunuzun hazırda heç də yaxşı günlərini yaşamaması sizi məyus etmirmi?
- Fikrimcə, “Bakı”nın problemləri hamıdan daha yaxşı Starkovun özünə məlumdu. Klub rəhbərliyi bir neçə səs-küylü transferlər rəsmiləşdirib, Onların içində Kokeni xüsusi qeyd etmək olar. Amma əgər bütün bunlar həyata keçirilirsə, Starkov niyə yaxşı heyətə malik komanda formalaşdırmır? Ola bilsin ki, o, düzgün taktika qurmur. “Bakı” bizimlə hər oyunda müdafiə taktikasına üstünlük verir. Özü də heyətində o qədər ifaçılar ola-ola. Şəxsən rəqibin heyətində mənim ən çox xoşuma gələn futbolçu Aleksandr Şoliçdi. Onun ikinci hissədə meydana çıxması komandasının oyununu fəallaşdırmışdı.
 
- “Neftçi”nin qələbələri azərbaycanlı məşqçilərin imicinə yaxşı təsir göstərir?
- Mən istərdim ki, hamı yerli mütəxəssislərə güvənsin. Bizdə təcrübəli məşqçilər var ki, uğur qazana bilərlər. Həmişə legioner mütəxəssislərə müraciət etmək də yaxşı deyil. Ümid edirəm ki, klub rəhbərləri bunu başa düşəcəklər.
 
- Artıq bu həftənin sonundan etibarən altılıq mərhələsinə start veriləcək. Sizcə, “Neftçi”nin əsas rəqibi kim olacaq?
-
Beş komandanın hamısı bizim rəqiblərimizdi. Əgər çempion olmaq istəyiriksə, bütün oyunlarda qələbə qazanmalıyıq. Bizim sadəcə bir dəfə xal itirmək haqqımız var. Amma ondan da istifadə etməyimizi istəməzdim. Mən gələcəyə optimist yanaşıram. Çünki komandam hücum futbolu sərgiləyir, yaxşı nəticələr qazanır. Amma bu, hələ başlanğıcdı.

- Qarşıdakı rəqibiniz – “Qəbələ” haqda nə deyərdiz?
- Onlar son turda “Kəpəz”ə uduzsalar da, bu, heç nədən xəbər vermir. Onların güclü heyəti var. Bu komanda hər bir rəqibinə problem yarada bilər.
 
- “Bakı” ilə oyunda sadəcə 4 legionerin xidmətindən yararlandınız. Bu siyasəti gələcəkdə də davam etdirəcəksiz?
- Bəs necə? Yerli futbolçular ehtiyatda oturmamalıdılar.
 
- Emil Mpenzadan nə xəbər var?
- Mpenza artıq “Neftçi”nin futbolçusu deyil. Məni onun harda, nə iş görməsi də maraqlandırmır. Məncə, onunla Tahir Süleymanov məşğul olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.