10 mart 2012 00:54
Ruslan Abışov: Bütün bunlardan sonra liderliyi əldən versək...
“Neftçi”nin müdafiəçisi Ruslan Abışov azerisport.az saytına müsahibəsində komandasının “Bakı” üzərindəki qələbəsindən, eləcə də altılıq mərhələsinin “Qəbələ” ilə ilk oyunundan danışıb.
- Mövsüm ərzində “Bakı” üzərində qazandığınız ikinci qələbə ilə bağlı nə deyərdiniz?
- Bilirdik ki, çətin və gərgin oyun olacaq. İlk hissədə üç qol bizə inam və əminlik verdi. Nəticədə, oyunun davamını da uğurla gətirə bildik. Heç də asan olmayan səfərdən 3 xalla qayıtmaq çox yaxşı nəticədi. Premyer Liqaya liderlik etsək də, bizim üçün də hər qələbənin öz yeri, çətinliyi var.

- Siz oyunun çətin keçdiyini deyirsiz. Amma kənardan komandanız üçün bu oyunun o qədər də çətin keçmədiyi görünürdü...
- Mümkündü ki, oyunun asan keçdiyini deyənlər olsun. Çünki bizə iki erkən qol vurmaq müyəssər oldu. Təbii ki, bundan sonra oyuna nəzarət etmək daha asanlaşır. Belə başlanğıc rəqibi sarsıtdı və ruhdan düşdükləri üçün ilk yarıda başqa heç nə ilə yadda qalmadılar.
- Yəqin ki, bir tur öncə “Bakı”nın “İnter” üzərində qələbəsi də sizi bu oyunda ilk dəqiqələrdən rəqibi qapısına sıxışdırmağa vadar edirdi...
- Düzü, nəticənin belə olacağını gözləmirdik. İlk dəqiqələrdən hücuma atılmağımız, erkən qollar vurmağımız isə hansı komandanın qələbəyə daha çox kökləndiyini, bunu istədiyini göstərir.
- Yeri gəlmişkən, bu oyunda sən də qol vurdun...
- Şadam ki, mən də fərqləndim. Özü də beynəlxalq qadınlar gününə bir gün qalmış qol vurdum. Həmin qolu da anama həsr edirəm.
- “Neftçi” mövsümün ilk mərhələsində istədiyinə nail oldu?
- Final mərhələsinə ən yaxın izləyicimizdən dörd xal öndə başlamağımız pis göstərici deyil. Əlbəttə, bununla kifayətlənəsi deyilik. Altılıq mərhələsində hər oyun final matçı kimi olacaq. İki dəfə xal itirdin, üstünlüyün əldən getmiş olacaq.

- Artıq bu həftə sizi “Qəbələ” ilə səfər oyunu gözləyir. Hansı ki, bu komandayla Qəbələdəki ilk oyunda məğlub olmuşdunuz...
- Bu oyun “Bakı”yla görüşdən daha çətin olacaq. Çünki bu, final mərhələsinin oyunudu. Belə oyunlarda hamı aqressiv olacaq. Özü də “Qəbələ” son turda “Kəpəz”ə uduzduğundan “Neftçi” ilə oyunda bu uğursuzluğun təkrarlanmaması üçün əllərindən gələni edəcəklər.
- Bəs sizin üçün bu oyunda nə müstəsna təşkil edəcək?
- Bizim hədəflərimizdə heç bir dəyişiklik yoxdu. Əgər bütün bunlardan sonra birinci pilləni əldən versək, çətin ki, azarkeşlər bizi başa düşər. Odu ki, Qəbələyə qələbə üçün gedirik.