10 mart 2012 17:43
Lippert: Elə futbolçu karyerasını həmin anda bitirsə, daha yaxşı olar
Futbol üzrə Azərbycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Bernard Lippert azerisport.az saytına müsahibəsində AFFA rəhbərliyinə yeni seçkilərdən, çıxarılan qərarlardan danışıb.
- AFFA İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı çıxardığı “7+3+1” sistemini münasibətiniz necədi?
- Bu, əla ideyadı. Biz bunu hələ üç il öncə də müzakirə etmişdik. Amma o vaxt bunu çempionatda tətbiq edə bilməmişdik. Almaniyada bu təcrübədən artıq on ildi istifadə olunur. Sadəcə, bu, aşağı divizionlarda tətbiq olunur. Hər halda futbolun inkişafında öz yeri var.
- Müsbət cəhət azərbaycanlı futbolçuların daha çox oyun təcrübəsi qazanması ilə bağlıdı?
- Şübhəsiz. Onlar daha çox oyun təcrübəsi qazanacaqlar. Düzdü, bunun mənfi cəhəti də var – yerli oyunçuların qiymətləri artmış olacaq. Ümid edirəm ki, bu məsələni necəsə yoluna qoyacaqlar.
- Şübhəsiz. Onlar daha çox oyun təcrübəsi qazanacaqlar. Düzdü, bunun mənfi cəhəti də var – yerli oyunçuların qiymətləri artmış olacaq. Ümid edirəm ki, bu məsələni necəsə yoluna qoyacaqlar.
- Düşünmürsüz ki, belə olan halda bəzi gənc futbolçular öz üzərlərində lazımınca çalışmayacaqlar. Onlar düşünə bilərlər ki, baş məşqçi onsuz da bir gənc futbolçu meydana buraxmağa borcludu...
- Hər bir baş məşqçinin heyətdə kimisə əvəzləməsi üçün ehtiyat variantı da olur. Əgər hər hansı futbolçu gənc yaşlarında dediyiniz arxayınlığa qapılırsa, onda o futbolçu karyerasını elə həmin anda bitirsə, daha yaxşı olar.
- Gənclərdən ibarət yığmamızın baş məşqçisi kimi onların öz klublarında əsas heyətdə oynamağa hazır olduqlarını düşünürsüz?
- Tamamilə. Özü də bu, bir və ya iki oyunçuya aid deyil. Bizdə çox yaxşı, istedadlı uşaqlar var. Onlar daha çox oyun təcrübəsi qazanmağa layiqdilər.
- Tamamilə. Özü də bu, bir və ya iki oyunçuya aid deyil. Bizdə çox yaxşı, istedadlı uşaqlar var. Onlar daha çox oyun təcrübəsi qazanmağa layiqdilər.
- Bundan sonra gənclər yığmamızdan daha yaxşı nəticələr gözləyənlərin də sayı artacaq...
- Bu qərar sadəcə gənclərdən ibarət yığmanın nəticələrinin yaxşılaşdırılması üçün yox, Azərbaycan futbolunun inkişafı üçün qəbul olunub. Əks halda siz məni evə göndərə bilərsiz (gülür). AFFA rəhbərliyi də bilir ki, mən artıq dörd ildi öz köməkçilərimlə bu ölkənin futbolunun inkişafı üçün çalışıram. Azərbaycanda çalışmağımla fəxr edirəm. Bu, unikal bir ölkədi.
- AÇ-nin seçmə mərhələsi çərçivəsində İslandiya üzərindəki qələbədən sonra komandada əhval-ruhiyyə necədi?
- Atmosfer əladı. Biz Norveçə qarşı da uğurlu oyun sərgiləmək istəyirik. Amma bunun çox çətin olacağını da başa düşürük.
- Atmosfer əladı. Biz Norveçə qarşı da uğurlu oyun sərgiləmək istəyirik. Amma bunun çox çətin olacağını da başa düşürük.
