10 mart 2012 17:38
Şahdağ üçün Şuşa şoku
Futbol üzrə Azərbaycan birinci divizionunun 20-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Energetik" - "Şəmkir" görüşündə tərəflər hərəyə 1 qol, 1 xalla kifayətləniblər. "Neftçala" ev oyununda "Göyəzən"i darmadağın edib. “MKT-Araz" "Tərəqqi" üzərində əzmkar qələbəyə sevinib. "Şuşa" da "Şahdağ" üzərində qələbə qazanmaqla yadda qalıb.
Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək.
Birinci divizion
20-ci tur
10 mart (şənbə)
Energetik - Şəmkir – 1:1
Qollar: Vüqar Həsənov, 21 - Ziyabil Məmmədov, 28.
Hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə, Mətin Vəliyev, Ziya Nəsirov.
Mingəçevir. Yaşar Məmmədzadə adına şəhər stadionu.
Neftçala - Göyəzən – 5:1
Qollar: Aqşin Həşimov, 5; 45+1, Aslan Hüseynov, 11, Abdulkadir Öz, 19-penalti, Kamal Ələkbərov, 36 - Qorxmaz Əliyev, 54.
Hakimlər: Teymur Fərhadov, Hüseyn İmanov, Mahir Alferinov, Anar Heydərov.
Neftçala. Nəriman Nərimanov adına şəhər stadionu.
MKT-Araz - Tərəqqi – 2:1
Qollar: Rafiq Koçaliyev, 26-penalti, Əfsər Əliyev, 42 - Sina Nacafian, 2.
Hakimlər: Orxan Məmmədov, Habil Əliyev, Mirzə Fərzəliyev, İlqar Zeynalov
İmişli. Heydər Əliyev adına şəhər stadionu.
Şuşa – Şahdağ – 3:2
Qollar: Elvin Adışirinli, 35; 90+3; Pərviz Şahbazov, 70 - Yusif Yusifzadə, 17, Georgi Vaşadze, 90+2-pen.
Hakimlər: Rövşən Əhmədov, Ruslan Quliyev, Knyaz Əmiraslanov, Etibar Həsənov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
N
O
Q
H
M
T-F
X
