10 mart 2012 18:12
XL uduzdu, Neftçi Bakıya qalib gəldi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında final mərhələsinin ilk turunun (23-cü tur) oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
"Bakı"nın "Neftçi" ilə duelində qonaqlar qələbəyə sevinən tərəf olublar. “Qarabağ" "Turan"la xalları yarı bölüb. "Kəpəz" "Qəbələ"yə uduzub. AZAL-ın qonağı olan "İnter" 3 xalı 6 qolla qazanıb. "Xəzər Lənkəran" isə "Sumqayıt"a uduzub.
Qeyd edək ki, turun daha bir oyunu - "Rəvan" - "Simurq" qarşılaşması bazar ertəsi günü baş tutacaq.
Əvəzedicilərin çempionatı
23-cü tur
10 mart (şənbə)
Bakı – Neftçi – 1:3
Qollar: Mətin Əbilsoy, 13 - İlham Allahverdiyev, 14, Kərim Diniyev, 63; 83.
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Akif Əmirəli, Qorxmaz Eldarov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Qarabağ – Turan – 1:1
Qollar: Tural Rzayev, 47 - Qadir Həsənli, 60-öz qapısına.
Hakimlər: Fərid Məmmədov, Qəzənfər Məmmədov, Rəşad Abbasov, Sərxan İsmayılov.
Bakı. "Şəfa" stadionu, 4-cü meydança.
Kəpəz - Qəbələ - 1:2
Qollar: Emin Əliyev, 55 - Sadıq Quliyev, 45, Murad Musayev, 61.
Hakimlər: Hacıəli Ağayev, Fuad Mehrəliyev, Qəzənfər Abbasov, Yusif Hüseynov.
Gəncə. Şəhər stadionu.
AZAL – İnter – 1:6
Qollar: Adil Güləhmədov, 44-penalti - Ramil Mansurov,4, Fuad Bayramov, 14, Elnur Abdulov, 31, 52; 72; 76.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Həsən Babayev, Emil Müsadiq.
Bakı. AZAL Arena.
Xəzər Lənkəran – Sumqayıt – 1:3
Qollar: Cavid Bağırov, 83 - Yasin Abbasov, 13; 42, Ayaz Mehdiyev, 90+4.
Hakimlər: Tahir Əhmədov, Teymur Teymurov, Elvin Ağayev, Mahir Məmmədov
Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu.
N
O
Q
H
M
T-F
X
