11 mart 2012 00:03

Əsl mübarizəyə start!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, final – altılıq mərhələsinin ilk turunun bütün oyunları eyni gündə baş tutacaq.
 
Son ölkə çempionu “Neftçi” ilk altılıq çərçivəsində birinci oyununu "Qəbələ"yə qarşı keçirəcək. Hansı ki, altılığın əks qütblərində qərarlaşıblar. "Neftçi" qış fasiləsindən sonra qələbələrini sıralayır. “Qəbələ” isə qeyri-sabit oyunuyla diqqət çəkir. Məsələn, evdə “Xəzər Lənkəran”a qalib gələn Fatih Kavlakın komandası səfərdə “Kəpəz”ə məğlubiyyətdən yaxa qurtara bilmədi. İndi qəbələlilərin “ağ-qaralar”a qarşı necə oynayacağı maraqla gözlənilir. Xatırladaq ki, bu klubların ilk dövrədəki birinci oyununda “Neftçi” evdə 2:0 hesablı qələbəyə sevinmişdi. Lakin “Qəbələ” ev oyununda 1:0 hesablı qələbə ilə qisasını ala bilmişdi. Bu dəfə necə olacağını isə 90 dəqiqənin tamamı göstərəcək. Yeri gəlmişkən, “Neftçi” məğlub olsa belə, zirvədəki yerində qalacaq. “Qəbələ” isə eyni aqibəti yaşasa, “Bakı”nın ondan aralanmasına üzülə bilər.
 
İlk altılığın daha bir maraqlı oyunu "Bakı" ilə "İnter" arasında baş tutacaq. Cəmi bir neçə gün öncə qarşılaşan paytaxt klubları yenə üz-üzə gələcəklər. Özü də maraqlıdı ki, bu dəfəki görüş də məhz “Bakı”nın təlim-məşq bazasında gerçəkləşəcək. Bundan əvvəlki oyunda meydan sahibləri minimal hesablı qələbəyə sevinmişdilər. Mövsümün ilk dueli isə böyük qalmaqalla yadda qalmışdı. “İnter” hakim qərəzini əsas gətirərək, oyunu başa çatdırmamış, bu üzdən də texniki məğlubiyyətlə cəzalandırılmışdı. Bir sözlə “Bakı” ilə oyunlarda xalsız qalan “bankirlər”in bu uğursuz gedişə necə son qoyacağı maraqla gözlənilir. Yeri gəlmişkən, “İnter” üçün növbəti xal itkisi nəinki lider “Neftçi”dən daha da aralı düşmək, hətta “Xəzər Lənkəran”ı da özündən qabağa buraxmaqla nəticələnə bilər.
 
Ən prinsipial görüşlərdən biri Ağdamda keçiriləcək. Burada "Qarabağ" "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Turun mərkəzi görüşünün iştirakçılarını bir-birindən cəmi 3 xal ayırır. Lənkəran klubu dördüncü pillədəki izləyicisindən cəmi bir qələbə qədər aralıdı. Ağdam klubu mövsümdə ilk dəfə bu rəqibini yenməklə, xallarını bərabərləşdirə bilər. Cənub təmsilçisi isə qələbə qazansa, fərqi altıya çıxarmış olacaq və üçüncü pillədə xeyli rahatlaşmış olacaq. Hətta “İnter” xal itirəcəyi halda, cənublular ikinci pilləyə də yüksələ bilərlər. Maraq üçün xatırladaq ki, ilk dövrədə keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə qonaqlar sevinən tərəf olmuşdular - 1:0. Lənkəranda keçirilən görüşdə isə tərəflər qapılara yol tapa bilməmişdilər. Bu görüşə maraq qatan daha bir amil Ağdam təmsilçisinin artıq 9 oyundu qapısından qol buraxmamasıdı. Qış fasiləsindən sonra qarşısına çıxanı məğlub edən Qurban Qurbanovun komandasının bu seriyasının cənublularla görüşdə qırılıb-qırılmayacağı maraq doğurur.
 
İkinci altılıqda isə "Simurq"un "Kəpəz"lə oyununa maraq daha böyükdü. Komandaları turnir cədvəlində cəmi 3 xal ayırır. Zaqatala klubu doğma meydanda yenə qələbə qazansa, bu rəqibi ilə xallarını bərabərləşdirə, hətta qabaqlaya da bilər. Özü də “Simurq” bu mövsüm təsnifat mərhələsindəki ev oyununda gəncəliləri 4:2 hesabıyla məğlub edə bilmişdi. “Kəpəz” isə Gəncədəki oyunda 2:0 hesablı qələbəyə sevinmişdi.

"Turan" AZAL-la üz-üzə gələcək. Tovuz klubu təsnifat mərhələsindəki ev oyununda paytaxt klubundan xal ala bilmişdi - 0:0. AZAL ev oyununda da da çətinliklə (3:2) qalib gələ bilmişdi. Əsgər Abdullayevin keçmiş klubuna qarşı bu dəfə nə ilə yadda qalacağı az maraq doğurmur.
 
"Sumqayıt" da "Rəvan"ı qəbul edəcək. Bu klubların da ilk dövrədəki oyunundan qol səsi çıxmamışdı. Amma Sumqayıtdakı oyunda “Rəvan” minimal hesablı qələbəyə sevinmişdi. Qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan “Sumqayıt” artıq bu oyunda xal həsrətinə son qoymağa çalışacaq.
 
Premyer Liqa
23-cü tur
11 mart (bazar)
 
Qəbələ - Neftçi
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Turan - AZAL
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
Sumqayıt - Rəvan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
 
Qarabağ - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Ağdam. Quzanlı qəsəbə stadionu. Saat 15:00.
 
Bakı - İnter
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00.
 
Simurq - Kəpəz
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
N
O
Q
H
M
T-F
X
 
1
22
16
1
5
45-17
49
 
2
22
13
6
3
21-10
45
 
3
22
13
5
4
33-19
44
 
4
22
12
5
5
27-14
41
 
5
22
10
5
7
27-22
35
 
6
22
10
5
7
27-23
35
 
 
7
22
8
5
9
35-35
29
 
8
22
6
7
9
23-29
25
 
9
22
6
4
12
26-38
22
 
10
22
5
4
13
18-34
19
 
11
22
4
3
15
16-37
15
 
12
22
3
2
17
13-33
11
 
Bombardirlər:
13- Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz (AZAL)
9 - Flavinyo (Neftçi), Zohair Benuahi (AZAL)
8 - Robertas Poşkus (Simurq)
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.