10 mart 2012 19:35

Georgi Nikolov: Qorxulu heç nə yoxdu

Azerisport.az sizi “İnter”in prezidenti Georgi Nikolovun müsahibəsi ilə tanış edir.
 
- Dünən AFFA-nın hesabat-seçki Konfransında iştirak etdiniz. Öncə bilmək istərdik, tədbir necə keçdi?
- Hesabat-seçki Konfransı hər mandat dövrünün sonunda keçirilən standart tədbirdi. Deyim ki, AFFA uşaq-gənclər və qadın futbolunun inkişafı üçün böyük işlər görüb, birinci və yüksək liqada da böyük həcmli işlər həyata keçirib. Həmçinin Azərbaycan futbolunun maddi bazasının və daxili əlaqələrin yaxşılaşmasının şahidi oluruq. Xoşdu ki, təşkilatın daxili marketinq işi yaxşı təşkil edilib. Tədbirdə açıqlandı ki, hesabat dövründə federasiyanın gəlirləri xərclərini 1 milyon manat üstələyib. Bu aspektlər bizi sevindirməyə bilməz.
 
- Rövnəq Abdullayevin AFFA-nın prezidenti postuna təkrar seçilməsi barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu vəzifəyə Rövnəq Abdulayevin seçilməsi məntiqli qərardı. Qeyd edim ki, cənab Abdullayev bu idman növünün ən təcrübəli rəhbərlərindən biridi. Düşünürəm ki, bu vəzifədə fəaliyyətinin davamı ona düşündüklərini, ancaq ilk səlahiyyət müddəti ərzində həyata keçirə bilmədiklərini reallaşdırmağa imkan verəcək. Axı belə vəzifəli rəhbərlərə çoxsaylı layihələri reallaşdırmaq üçün bir səlahiyyət müddəti azdı. Ümid edirəm ki, Rövnəq Abdullayevə yerli futbolu yeni səviyyəyə qaldırmaq müyəssər olacaq və biz də bu işdə ona kömək etməyə çalışacağıq.
 
- Dünənki toplantının ən yadda qalan qərarlarından biri də legioner limitinin 8+3-dən 7+3+1-ə dəyişdirilməsi oldu. Bu qərarı şərh etməyinizi xahiş edirik…
- Fikrimcə, burada qorxulu heç nə yoxdu. Belə praktika, məhz öz məktəb-akademiyalarından gənc futbolçuların məcburi qaydada əsas heyətə salınması Avropanın bəzi ölkələrində artıq tətbiq edilib. Məsələn, belə qaydadan Serbiyada istifadə olunur və bu dəyişiklik sayəsində hər il daha çox gənc istedadlı oyunçular meydana çxır və yeni futbol ulduzları parlayır. Bundan başqa, bu qayda FİFA-nın direktividi və gec-tez bizə də bu qaydaya əməl etməliydik.
 
- Bundan başqa, konfransda çempionat oyunlarının televiziya yayımı hüquqlarının PRL-ə qaytarılması barədə qərar qəbul olundu. Bu qərar barədə nə düşünürsünüz?
- Belə dəyişikliklər artıq bir neçə dəfə həyata keçirilib, lakin onlar, səmimi desək, klublar üçün xüsusi dəyişikliklərə gətirib çıxarmayıb. PFL yenidən bu məsələ ilə məşğul olacaq və ümid edək ki, bu, onlara müyəssər olacaq. Ancaq mən onun tərəfdarı olaraq qalıram ki, televiziya yayımları klublara müəyyən maliyyə mənfəəti gətirməlidi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.