10 mart 2012 20:09

Qarabağ və Xəzər Lənkəran azarkeşlərini sülhə çağırdı

Bu gün “Qarabağ” və “Xəzər Lənkəran” klubları arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə “Qarabağ”ın direktoru Emrah Çelikel və “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov başda olmaqla “Qarabağ”ın “İmarət” fan-klubu, “Xəzər Lənkəran”ın fanklubları və azarkeşlər iştirak ediblər.
 
Tədbirin mövzusu Premyer Liqanın ilk dövrəsində Suraxanı qəsəbə stadionunda baş tutmuş “Qarabağ” – “Xəzər Lənkəran” oyunu zamanı baş vermiş xoşagəlməz hadisələrin aydınlaşdırılması və 2 yaxın klubun azarkeşləri arasında dostluq körpüsünün yaradılması olub. “Qarabağ”ın direktoru Emrah Çelikel futbolun idmanın şahı olduğunu dilə gətirərək bu oyunun insanları birləşdirən dəyər olduğunu bildirib. Suraxanıda baş tutmuş oyunda baş verənlərin təsadüf olduğunu, 2 böyük camiə azarkeşlərinin nümunə olması gərəkdiyini vurğulayıb. “İmarət” fan klubunun ictimai fəallığını örnək olduğunu, bu görüşün baş tutmasının onların tolerant mövqeyi ilə əlaqələndirən baş direktor Ağdamda azarkeşlərin “Xəzər Lənkəran”ı ən gözəl şəkildə qarşılayacaqlarına inandığını bildirib.
 
“Xəzər Lənkəran”ın vitse-prezindenti Tuyqun Nadirov da ölkənin 2 ən böyük azarkeş camiəsinə malik klubların meydanda rəqib, kənarda isə qardaş olduğunu vurğulayıb. Ən maraqlı futbol mücadilələrinin məhz 2 komanda arasındakı oyunlarda qeyd olunduğunu bildirib. Baş vermiş hadisənin səbəbkarını qınadığını bildirərək bu üzücü olayın unudulmasının və daha böyük dostluğun yaranmasına şərait yarandığını bildirib.
 
Ardınca azarkeşlər də çıxış ediblər. Hər 2 klubun azarkeşləri baş verən hadisəni pisləyərək stadionda təxribat yaradan, öz millətinə qarşı etik olmayan hərəkət edənlərin əsl azarkeş olmadığını bildiriblər. “Qarabağ” və “Xəzər Lənkəran”ın Azərbaycan futbolu üçün böyük işlər gördüyü vurğulanıb. Səmimi söhbət şəraitində keçən görüşdə tərəflər meydanda rəqib olub, meydandan kənarda isə daha sıx əməkdaşlıq edib, ictimai-sosial əməkdaşlıqla bağlı razılığa gəliblər. Sonda tərəflər xatirə şəkili çəkdiriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.