10 mart 2012 11:58

Roberto Alviz: Əsas problem stadionlardı

“Xəzər Lənkəran”ın xorvatiyalı yarımmüdafiəçisi Roberto Alviz azerisport.az saytına müsahibəsində komandasının çıxışından, çempionatımızdan və hədəflərindən danışıb.

- Qarşıda sizi altılığın ilk turu çərçivəsində “Qarabağ”la oyun gözləyir. Quzanlıda qələbə qazanmaq üçün sizə nə lazımdı?
- Biz sadəcə öz oyunumuzu göstərməliyik. Mən Albaniyada çıxış etmişəm. Buna görə “Qarabağ”ın bəzi futbolçularını tanıyıram. Bu uşaqlar sona kimi mübarizə aparırlar. Adətən, buraxılan səhvi bağışlamırlar. Sevindiri haldı ki, onlara qarşı döyüşkən heyətlə mübarizə apara biləcəyik.
 
- Lider “Neftçi” ilə aradakı fərqi aradan qaldıra biləcəksiz?
- Beş xallıq fərq elə də çox deyil. Hər bir komanda xal itirə bilər. “Neftçi” hələ çempionluğunu təmin etməyib. Bunu onlar özləri də bilirlər. Hər şey ola bilər.
 
- “Xəzər Lənkəran”a transfer olarkən bəslədiyiniz ümidlər doğrulmaqdadı?
- “Xəzər Lənkəran”da oynadığıma görə şadam. Biz burda hamımız eyni hədəflər uğrunda mübarizə aparırıq. Komandanın öz imici, çoxlu azarkeşi var. Onlar hətta səfər oyunlarında da bizi dəstəksiz qoymurlar. Belə heyətlə, azarkeşlərlə ancaq çempionluğa oynayıb, Azərbaycanın ən yaxşısı olmaq lazımdı. Mövsümü titulla başa vurmağı çox istəyirəm.
 
- Azərbaycan çempionatı Xorvatiya birinciliyindən səviyyəcə çox geri qalır?
- Karyeram ərzində Xorvatiyadan başqa Albaniya və Kiprdə də çıxış etmişəm. Deyərdim ki, Azərbaycan birinciliyi Xorvatiya və Albaniya çempionatlarından heç də geri qalmır. Yavaş-yavaş hər şey daha da yaxşı olacaq. Hazırda ən böyük problem stadionlardı. Futbolun inkişafı da ilk növbədə bundan asılıdı.
 
- “Turan”la son oyunu necə qiymətləndirirsiz?
- Bizim üçün bu oyunda əsas hədəf qələbə qazanmaq idi. Yaxşı oyun göstərdik, qələbə qazandıq. Məlum səbəblərdən qazon daha yaxşı oyun sərgiləməyə imkan vermirdi. Çünki çox pis vəziyyətdə idi.

- Qələbənin minimal hesablı olmasının səbəbi yalnız qazondu?
- Xeyr. “Turan” da pis komanda deyil. Onlar turnir cədvəlində son pillədə getmələrinə baxmayaraq, tam fərqli oyun sərgiləyirdilər.
 
- Hazırda çempionatın favoriti qismində kimi görürsüz?
- İlk altılıqdakı komandaların hər biri favoritdi. Qarşıda 10 oyun var. Bu üzdən də hər şey ola bilər. Bizə ilk növbədə “Qarabağ”la oyun barədə düşünmək lazımdı. Onların yaxşı formalaşmış heyəti var. Neçə ildi bu heyətlə çıxış etdiklərindən bir-birini yaxşı başa düşürlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.