10 mart 2012 12:43
Xəzər Lənkəran 10-cu qələbə arzusunda
Premyer Liqanın final mərhələsinin ilk turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” 23-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, indiyədək 20 dəfə Azərbaycan çempionatı, 2 dəfə ölkə kubokuna təsadüf edən qarşılaşmalarda ümumi balansda tarazlıqdı.
Bu tarazlığı pozmaq üçün səfər matçına yollanan “Xəzər Lənkəran” top fərqində əldə etdiyi üstünlüyü qələbə sayında da əks etdirməyə çalışacaq.
Komandaların çempionatdakı 20 oyununda tərəflər hərəyə 8 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında XL 23, Ağdam təmsilçisi isə 19 qol sevinci yaşayıb. Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də, səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran”olmuşdu. Bir sözlə rəqibi ilə eyni sayda 9 qələbəyə malik komanda 10-cu qələbə ərəfəsində hər 2 yarışda сüzi üstünlüyə malikdi.
Üstəlik 2010-cu il dekabrın 23-dəki məğlubiyyətdən sonra baş tutan 4 görüşdə “Xəzər Lənkəran” “Qarabağ”ı qələbəyə həsrət qoyub.
“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
2004/05 13.12.2004 çempionat səfərdə 1:3
2004/05 15.05.2005 çempionat evdə 3:0
2005/06 02.10.2005 çempionat səfərdə 1:2
2005/06 01.04.2006 çempionat evdə 2:0
2006/07 09.11.2006 çempionat evdə 2:0
2006/07 07.05.2007 çempionat səfərdə 4:1
2007/08 26.08.2007 çempionat evdə 2:0
2007/08 02.03.2008 çempionat səfərdə 0:2
2008/09 22.11.2008 çempionat evdə 1:3
2008/09 09.05.2009 çempionat səfərdə 0:1
2009/10 30.10.2009 çempionat səfərdə 0:1
2009/10 13.02.2010 çempionat evdə 0:0
2009/10 06.03.2010 kubok səfərdə 1:2
2009/10 17.03.2010 kubok evdə 1:0
2009/10 03.04.2010 çempionat evdə 2:1
2009/10 09.05.2010 çempionat səfərdə 1:2
2010/11 30.10.2010 çempionat səfərdə 1:0
2010/11 23.12.2010 çempionat evdə 1:2
2010/11 10.04.2011 çempionat səfərdə 0:0
2010/11 07.05.2011 çempionat evdə 1:1
2011/12 17.09.2011 çempionat səfərdə 1:0
2011/12 10.12.2011 çempionat evdə 0:0
